Pank rok
Panklar yenidən işə yarayır! Parlaq olmaqdan və üsyankar təbiətini üzə çıxarmaqdan çəkinmə və qooy bütün baxışlar yalnız sənə tərəf baxsın. Pank üslubunda aksesuarları fərqli görünüşlərlə birləşdirmək asandır: məsələn, iş stilinə maraq əlavə etmək və ya gündəlik görünüşləri müxtəlifləşdirmək.
Bir boyunbaqda assimetriya və metal plastinlər və ya gümüşü və qızılı çalarlı zəncirlər imicinin cəsarətli çalarlarıdır.
Vəhşi təbiət
Animalistik printlər, deyəsən, bəzək əşyaları kimi heç vaxt dəbdən çıxmayacaq. Bu payız sənə... arı taxmağı təklif edirik! Bu şirin canlılar sırğaları, boyunbağıları, üzükləri bəzəyir. Görünüşünüzə daha çox istilik əlavə etmək üçün kontrast printli şərfə bürün.
Şotland dama-daması
Bəlkə də yeni kolleksiyadakı ən payız printi. Fərqli çalarlı və toxumalı dama-damanı birləşdirməkdən çəkinmə - bu şəkildə görünüşü son dərəcə dəbli edəcəksən. Məsələn, rəngli dama-dama şərfi ayrılan qayışı olan klaç-çanta ilə tamamla.
Layfxak: saat taxmağa başla
Qol saatı istifadəçisinin zövqü haqqında çox şey deyə bilər və həm də bu zamandan xaric bir aksesuardır. Minimalistlər klassik qızılı saatı, parlaq vurğuları sevənlər arı bölmələri ilə saatı sevəcəklər.