1. İdman şıkı
A-lya idman üçün geyim artıq çoxdandır ki, gündəlik qarderobumuza keçib və idman üslubuna trend öz yerini vermir. Görünüşü balanslaşdırmaq üçün və gəzintidən partyə qədər hər yerdə uyğun etmək üçün onu düzgün aksesuarlarla tamamla.
Stilistin seçimi: rəngarəng sırğalar-üzüklər dəsti, kəmər çantası.
Roman Belosnejnıy, Oriflame-in rəsmi stilisti:
"Dəbli trend - idman köynəyi və krossovkaların pambıq şalvar və ya yuxarı belli cins şalvarla birləşməsi. İdman şıkı üslubunu tamamlamaq üçün bu qarışığa mücərrəd üzük-sırğaları, saat və kəmər çantasını əlavə et".
2. Tropik printlər
Yayın necə olursa olsun, tropiklərə olan trendlə onda həmişə macəralar üçün yer var. Tropik print böyük şəhərin dekorasiyalarında ahəngdar görünür, əgər onu düzgün uyğunlaşdırsan: stilist onu danışıqlara, görüşə və hətta ofisə necə geyinməyi bilir.
Stilistin seçimi: pom-pom saçaqlı şərf (satışda 1 iyundan), tropik printli çimərlik çantası (satışda 22 iyundan).
Roman Belosnejnıy, Oriflame-in rəsmi stilisti: "Əsas qarderobuna tropik üslubda olan aksesuarlar əlavə et, onları ağ cins şalvar, monoxrom paltarlar və sarafanlar ilə birləşdir. Məsələn, ekzotik printli yaylıq baş üçün əla bəzək əşyası ola bilər, palma yarpaqları formasında sırğalar və boyunbaqlar isə bluza və sadə ağ köynəklə görünüşə mükəmməl şəkildə uyğunlaşacaq. Dəbli və çoxfunksionaldır!”
3. Multitaskinq
Bu yay aksesuarları seçərkən çoxfunksiyalılığa üstünlük ver. Günün planları gözlənilməz şəkildə dəyişsə, başqa paltar geyinmək və görünüşü kökündən dəyişdirmək lazım deyil: aksesuarları dəyişdirmək kifayətdir.
Stilistin seçimi: uzun transformer qayışlı saat, çıxarıla bilən asqılarla akvamarin sırğalar, akvamarin boyunbağı.