Bir tərəfə
Model: Riz Vizerspun
Sənin saçların üzünü haşiyələyirsə, bu cür tellər gözəl görünəcək - uzun yan buruqlar göz və almacıqları zərifliklə vurğulayacaqlar.
Zərif pantera
Model: Naomi Kempbel
Natamam tellər 70-ci illərin parlaq cazibədar üslubunu yaratmağa kömək edəcək. O daha çox teksturalaşdırılmış saçlarda yaxşı görünür: bir qədər mum sənə bu cür effekt yaratmağa kömək edəcək.
Həm teldir, həm deyildir
Model: Teylor Svift
Bu cür tellər dənizə səyahət zamanı və ya tutqun havalarda idealdır. O saçlarını qulaqlarının arxasına vermək və ya "at quyruğu" yığmaq üçün kifayət qədər uzundur, eyni zamanda üzü gözəl şəkildə haşiyələndirir, həmçinin gözləri nəzərə çarpdırır.
Şəlalə kimi
Model: Karli Rey Cepsen
Parlaq və nəzərəşarpan. Saç ustandan tellərini yuxarıdan aşağıya doğru kəsməyi xahiş et, bu zaman şəlalə effekti əldə edəcəksən.
Qaşsız
Model: Cessika Bill
Düz tellər oval və ya üçbucaq üz quruluşuna malik xanımlar üçün ən yaxşı seçimdir. Qaşları örtən sıx tellər (biz bu uzunluğa heyranıq) heyran baxışların zəmanətidir.