İsveçsayağı makiyaj: Mariya Luzinskaya ilə trendlər haqqında danışacağıq

THE ONE Stockholm-un Rusiyadakı rəsmi vizajisti İsveç qızlarının əsas makiyaj trendlərindən bəhs edir. Üç yeni görünüşü sına!

Mariya Luzinskaya, THE ONE Stockholm-un Rusiyadakı rəsmi vizajisti:

“Artıq 5 ildir ki, bənzərsiz və yüngül makiyaj yaradıram. Harmoniyalı və incə bənzərsiz qadın üzləri çox xoşuma gəlir. Gözəllik sahəsinə gələndə qarşıma vəzifə qoydum: qadına özünə inam verəcəyi makiyajı yaratmaq! Bunun öhdəsindən də uğurla gəlirəm. Mənim missiyam qadınları fırçanın bir neçə vuruşu ilə daha xoşbəxt etmək və onları böyük işlər görməyə ruhlandırmaqdır."

Cəsarətli oxlar

Xüsusi axşam ziyafətləri üçün İsveç qadınları çox vaxt oxları seçirlər. Bu mövsüm oxlar sadəcə ciddi və minimalist yox, həm də ikiqat və maralı ola bilər. Məsələn, aktiv, hərəkətsiz göz qapağı olan qızlara naxışlı oxlar yaraşacaq. Onları ya əyilmiş fırça ilə, ya da göz layneri qablaşdırmasından olan nazik fırça ilə çəkmək olar. Yüngül, hamar xətlər və yaxşı düşünülmüş naxış vacibdir.

Möhtəşəm göz makiyajını sevirsən? Taxma kipriklərə ehtiyacın olacaq. Onlarsız makiyaj yarımçıq görünür. Göz qapaqlarından qaşlarına kimi məsafə azdırsa, təbii kiprikləri seç. Böyük göz sahibələrinə qalın və kukla kiprikləri yaraşacaq.

Təbii gözəllik

İsveçsayağı gündəlik makiyaj mümkün qədər təravətli və yüngül olmalıdır. Skandinaviya qızları təbiəti sevirlər. Vacib bir addım - dəriyə qulluq edən, maska effekti yaratmayan və təbii görünən yaxşı və qalıcı ton. Kombinə olunmuş dəri sahibəsi kimi gündəlik makiyajımı Everlasting Sync Foundation olmadan təsəvvür edə bilmirəm.

O, bütün gün ərzində təravətli makiyaj üçün dərinin və ətraf mühitin ehtiyaclarına uyğunlaşır. Bu, nə dəməkdir? Hava nəmişli olduqda, innovativ Skin Response texnologiyası ətraf mühitdən nəmi çəkir. Ətrafdakı hava quru olduqda isə - nəmi sənin dərinə verir, həddindən artıq quruluğun qarşısını alır. Tonu vurucu hərəkətlərlə nəm süngərdən istifadə edərək çək. Süngər maska effekti olmadan məhsulu bərabər şəkildə paylayacaq və soyulmanı vurğulamayacaq.

Gündüz makiyajını yüngül yarımşəffaf örtüklü balzamla tamamla - dodaqların baxımlı görünüşü həmişə gözəl görünür.

İlhamlandırıcı vurğu

Dodaqlarla dayanmadan eksperimentlər aparmaq olar. Ancaq ombre tendensiyası hələ də dəbdədir və mənim ən sevimli texnikam olaraq qalır. Bu effekt çox sadə şəkildə yaradılır: fərqli rəngli dodaq boyaları və qələm lazım olacaq. Dodaqların konturunu çəkmək və üst dodağı bir rənglə, alt dodağı başqa rənglə boyamaq lazımdır. Rənglər arasındakı keçidi barmaqlarla və ya fırça ilə yayamaq olar. Bu effekt həm dodaqların daxili hissələri tərəfində, həm də kənarlarında yaradıla bilər.