Depilyasiya zamanı xoşagəlməz hissləri, həmçinin ülgücdən istifadə etdikdən sonra quru və qıcıqlanmış dəri haqqında unut. Üz və bədən üçün yeni trimmer xoşagəlməz rutin hərəkətləri xüsusi gözəllik ritualına çevirmək üçün yaradılıb. Axı o, sadəcə tükləri effektiv və ağrısız bir şəkildə aradan qaldırmır, həm də əla görünür!
Layfxak: xüsusi bir daraqdan istifadə edərək tüklərin uzunluğunu tənzimlə. Dəstə qaşlar və bədən üçün iki ayrı başlıq daxildir.
Gündəlik həyatımızı hər gün asanlaşdıra biləcək sadə aksesuarları dəyərsizləşdirmək olmaz. Artıq telində heç bir üz maskası qalıqları olmayacaq: yumşaq və xoş toxunuşlu dəsmal-türban üz baxımını daha da xoş edəcək!
Layfxak: Saç maskasını hazırlayarkən dəsmal-türbandan istifadə et!
Belə kiçik, lakin belə effektiv! Üz maskaları çəkərkən onlardan istifadə et - beləcə saçlar sənə maneə olmayacaq. Xoş lakonik dizayn və yüksək keyfiyyətli material onları əvəzolunmaz köməkçilərə çevirir. Onları həmçinin ukladka zamanı istifadə edə bilərsən - onlar elə şəkildə hazılanıb ki, saçlarını əzməsinlər.
Layfxak: Saçlarını fiksasiya etmək lazım olan istənilən anlaşılmaz vəziyyətdə sıxaclardan istifadə et!
Bu günə artıq sübut edilib: üz massajı gözəlliyi qorumağa, dərini təravətləndirməyə və dəri rəngini yaxşılaşdırmağa kömək edir. Ancaq bunun üçün bahalı salonlara getmək vacib deyil. Ev massajorları da bu vəzifənin öhdəsindən mükəmməl şəkildə gəlir. Məsələn, Oriflame-dən əl massajoru. Gözəl dizayn və rahat istifadə onu sənin dəyişilməz favoritinə çevirəcək.
Layfxak: massajor üz əzələlərini rahatlamağa və nəticədə dərinin erkən yaşlanmasının qarşısını almağa kömək edəcək.