Norrsken yay kolleksiyası: təbiət tərəfindən yaradılmış

Təbii yarımqiymətli daşlar Norrsken kolleksiyasının əsas xəzinəsidir. Sənətkarlar hər məhsulu müxtəlif təbii materiallarla işləyərək cılalayırlar və əl ilə bəzədirlər, - parlaq akvamarindən tutmuş tünd-göy sodalitə və zərif çəhrayı kvarsa qədər. Əlbətdə ki, mütəxəssislər təbiətin özünün onların içinə qoyduğu sakramental qüvvələri qoruyurlar.

Açar ənənəvi olaraq biliyi, gücü və sirri təcəssüm edir. Nazik qızılı zəncirdə incə şəkildə bəzədilmiş asqı parıldayan kubik sirkon kristalları ilə örtülüb və üstünə dörd əl ilə cilalanmış təbii akuamarin muncuğu - həqiqət və etibar daşı qoyulub. Asqının görünüşün əsas diqqət mərkəzinə çevrilməsi üçün neytral çalarlı monoxrom geyimlə uyğunlaşdırın.

 

Stokholmdan olan Norrsken dizaynerlər qrupu üçrəng bənövşəyə, daha doğrusu dərin bənövşəyi və parlaq sarı rənglərin təəccüblü kontrastına aşiq olublar. İsveçin bəzi bölgələrində onalrı Night-and-Day (gecə-gündüz) adlandırıblar. Mütəxəssislərin güclü hisslərinin nəticəsi üçrəng bənövşənin qızılı ləçəklərinin təbii şəraitdə bədii şəkildə yetişmiş kütləvi tünd-göy sodalitlə birləşdirildiyi "Dəniz sodaliti" boyunbağısırğaları oldu.

Çəhrayı kvarsının, əbədi sevginin o incə daşın, qırıq ürəkləri sağaltdığına inanılır. Məhz o, hazırlanması üçün sənətkarların kvars hissələrini diqqətlə cilaladığı “Zərif Kvars” kolleksiyasının əsas bəzəyi oldu. Nəyi seçməyinizdən asılı olmayaraq: zərif zəncir boyunbağı, füsunkar asqılı sırğalar və ya heyrətləndirici üzük, - istənilən halda hər bir daş zərif çəhrayı qızılı çərçivəyə qoyularaq əl ilə işlənəcək.

 

Bir vaxtlar dərin yeraltıda gizlənmiş hər saf daşın öz tarixi var. Norrsken zərgərləri bənzərsiz məhsulların sahibi olmağınıza imkan vermək üçün zərif təbii materialların təbii güclərini sizə açıqlayırlar.