Gözəl dəri üçün gizli inqrediyent: niasinamid

Niasinamid trendləri diktə edir! Dəriyə qulluq üzrə bu universal komponent haqqında çoxdan eşidilib, ancaq yalnız son zamanlarda diqqəti cəlb etdi. Və bu vitamin nəylə bu qədər yaxşıdır, o, dəriyə necə qulluq edir və onu hansı məhsulların tərkibində axtarmaq daha yaxşıdır?

Dəriyə qulluq həvəskarısansa, vanna otağın, çox güman ki, müxtəlif dəri ehtiyacları üçün hər cür serum, maska və nəmləndirici vasitələrlə doludur. Və baxmayaraqki, bütün bunlar qulluq sahəsində özümüzü inkişaf etmiş istifadəçilər və hətta mütəxəssislər kimi hiss etməyimizə kömək edir, bəzən bu prosedurların daha sadə və effektiv olmasını istəyirik. Qırışları azaltmağa, piqmentasiyanı aradan qaldırmağa və problemli dərini sakitləşdirməyə kömək edən bir inqrediyent tapmaq xoş olmazdırmı - və bunlar hamısı bir flakonda? Tanış ol - niasinamid!

Niasinamid nədir?

Niasinamid və ya nikotinamid - bu, beynin, həzm və sinir sisteminin həyati funksiyalarını təmin edən optimallaşdıran B3 vitaminin formsaıdır, o, suda həll olunandır və orqanizm üçün zəruri qidalandırıcı maddədir. Niasinamid hüceyrələri effektiv iş üçün enerji ilə təmin etməyə kömək edir, DNT-nin bərpasında mühüm rol oynayır və dəriyə qulluq üzrə inqrediyent kimi məşhurdur.

Niasinamid quru, həssas, yetkin və problemli dəri üçün xüsusilə uyğundur, amma o, həmçinin gündəlik qulluq və müxtəlif dəri vəziyyətlərinin düzəldilməsi üçün də yaxşıdır: 

· Böyük və kiçik qırışlar (foto qocalma prosesini geri çəkir);

· Piqmentasiya (dərinin rəngini açır);

· Səpkilərə meyl (problemli dərinin vəziyyətini kiçildir);

· Genişlənmiş məsamələr (ölçünü vizual olaraq balacalaşdırır);

· Kollagen sintezinin azalması (istehsalı stimullaşdırır);

· Dəri baryerinin disfunksiyası (dərinin nəmləndirilməsini yaxşılaşdırır);

· Tutqun dəri rəngi;

· Elastikliyin pozulması, kobudlaşmış dəri nahiyyələri.

Məgər bu, heyrətamiz deyil!

Buna görə də, qulluğunuzu sadələşdirmək istəyirsinizsə və mükəmməl bir vasitə axtarmaqdan bezmisinizsə, niasinamid məhz sizə lazım olan şeydir.

Harada axtarmaq lazımdır?

Niasinamid bir çox Oriflame məhsullarının tərkibində var və çox vaxt komponentin xüsusiyyətlərini artırmaq üçün əlavə aktivlər və texnologiyalarla birləşir. Biz məsləhət görürük sınamağı:

NovAge

NovAge Ecollagen Wrinkle Power qırışlara qarşı gecə kremi - gecə ərzində dərini dərindən qidalandırır, kollagen istehsalını bərpa edir və stimullaşdırır.
NovAge üz üçün bərpaedici parça maskası - yorğunluq izlərini aradan qaldırır və qırışların görünməsini azaldır.
NovAge üz üçün qidalandırıcı parça maskası - 15 dəqiqəyə dərin nəmləndirmə və antioksidant effekt
Yağlı və problemli dəri üçün matlaşdırıcı NovAge geli - matlaşdırır, məsamələri sıxır, sebum istehsalını tənzimləyir.
NovAge qızartılar əleyhinə üz kremi - qızartıları dərhal azaldır
SPF 25 NovAge ilə yaşlanma əleyhinə intensiv əl kremi - əl dərisinin qocalma əlamətlərini azaldır
NovAge Men nəmləndirici enerji serumu - dəriyə təravətli və istirahət etmiş görünüş verir, dərhal sakitləşdirir və soyudur.

Optimals

Quru/həssas dərilər üçün nəmləndirici gündüz kremi Optimals HydraCare - intensiv nəmləndirir, yumşaldır və bərpa edir.
Yağlı dəri üçün Optimals HydraMatte matlaşdırıcı krem-maye  - matlaşdırır, yağlı parıltının görünməsini azaldır.
Optimals antioksidantlı üz busteri  - dəri solğunluğu və yorğunluğu ilə mübarizə aparır
Optimals üz paçları - nəmləndirirlər, sərinləşdirirlər, şişkinliyi və tünd dairələri azaldırlar 

Və həmçinin:

SPF 30 ilə günəşdən qoruyan və rəngi açan Sun 360 kremi  - bərabər parlaq ton təmin edir və hiperpiqmentasiyanın əmələ gəlməsinin qarşısını alır.
SPF 10 ilə Fairness Essentials rəngi açan üz kremi - dərini nəmləndirir, qoruyur və tədricən onun rəngini açır.

 

Mətn: