Planetə sevgi ilə: ekoloji byuti-vərdişlər

Gündəlik dəriyə qulluq prosedurlarının planetə necə təsir göstərdiyi haqqında narahatsan? Səni başa düşürük. Amma nəyisə dəyişmək üçün heç də vərdiş etdiyin gözəllik rituallarından imtina etmək lazım deyil. Tullantıların azaldılması üçün etdiyimiz hər bir xırda şey artıq vəziyyəti yaxşılaşdırır. Beləliklə, sadə ekoloji layfxaklardan istifadə edərək planetimiz üçün əlimizdən gələni edək!

Birdəfəlik pambıq disklərindən imtina et
Daha ekoloji alternativi seç: çoxdəfəli təmizləyici salfetlər, üz yumaq üçün sponjlar və ya hətta üz üçün dəsmal. Pambıq disklər birbaşa zibilxanaya göndərilir və düzgün şəkildə utilizasiya edilə bilməz — məsələn, onların istehsalında istifadə olunan ağardıcılara görə.

Qablaşdırmanı təkrar istifadə et
Dəriyə qulluq vasitələrinin altından çıxan boş qablaşdırmanı atmaq əvəzinə, onlara ikinci həyat verməyə çalış — bu, zibilxanalara göndərilən tullantıları minimuma endirməyə kömək edəcək. Boş şüşə qablar saç sancaqların və ya çoxdəfəli təmizləmə sponjların saxlanılması üçün əladır. Yeni məhsullar alarkən şüşə və ya təkrar emal olunmuş plastikdən hazırlanmış qablaşdırma ilə olan məhsulları seç.

Universal məhsullar seç

"2-i 1-də" məhsulunun seçilməsi qablaşdırma sayəsində daha az tullantı deməkdir. Niyə NovAge üz yuma üçün təmizləyici gel-toniki və ay Üz üçün 2-i 1-də bərpaedici maska-skrabı sınamayasan?

Plastik mikrogranullarla olan məhsullardan istifadə etmə
Skrabların tərkibindəki plastik mikrosferlər kanalizasiyaya və oradan çay, göl və dənizlərin eko dünyasına, bütövlükdə ətraf mühitə və insan sağlamlığına dağıdıcı təsir göstərən su sistemlərimizə daxil olur. Əmin ol ki, skrablarının tərkibində plastik yox, təbii aşındırıcı hissəciklər var — Oriflame-də yalnız belə məhsullar təqdim olunur. Biz yalnız badam qabığı və ya duz kristalları kimi təbii mənşəli eksfoliantlardan istifadə edirik.

Kranı bağla və suya qənaət et
Üz yuma vasitəsini vurana və ya dişlərini təmizləyənə qədər suyu bağlı saxla. Axıdılmış su kanalizasiya sisteminə daxil olur və təkrar filtrasiyadan keçir, bu da böyük elektrik enerjisi xərcləri tələb edir.

Ekoloji təmiz inqrediyentlər seç
Bioparçalanan məhsulları və orqanik inqrediyentlər ətraf mühit üçün daha təhlükəsizdir. Love Nature təmizləyici vasitələrin bioparçalanan formulları suyun çirklənmə səviyyəsini azaltmağa kömək edir, orqanik inqrediyentlər isə (Love Nature və Ecobeauty daxil olmaqla bir sıra xətlərdə) becərmə, məhsul yığımı və istehsal zamanı daha az miqdarda kimyəvi maddələrdən və pestisidlərdən istifadə edərək yaradılır.

Vasitədən çox istifadə etmə
Biz çox vaxt lazım olduğundan daha çox şampun və ya duş geli istifadə edirik. Vasitədən çox tökmə: daha yaxşı olar ki, onu ovuclarda köpükləndirəsən və yalnız sonra bədənə və ya saçlara çəkəsən. Daha az istifadə — boş şüşələrin daha az sayı və bonus olaraq əla qənaət. İkiqat qələbə!

Yay. Sənə daha yaxın
Hər yay xüsusidir və onun hər gününü xatırlamaq istəyirsən. Günəşin şüalarından, dostların təbəssümlərindən, dünyadan zövq almaq... Gəl bunu birlikdə edək! Bizə həqiqətən əziz olan insanlarla daha yaxın olaq. Ətrafdakı təbiətə diqqət yetirək və ona çiçəklənməyə kömək edək bu, heç də çətin deyil. İndi və burada boşluğa qərq olaq!

Bizimlə birlikdə ekoloji təşəbbüslər haqqında daha çox məlumat əldə et və öz eko trendlərini yarat. Ətraflı məlumatı @oriflame_official_azerbaijan Instagram hesabından əldə edə bilərsən.

Şəkil: Oriflame