Payız fəsli üçün refil-paleti yenilə!

Refil-paletin özəlliyi odur ki, o, sənə sərbəst şəkildə çalarların birləşməsini yığmağa imkan verir. Digər tərəfdən, çalarları seçimi böyükdür və onu hazırlamaq asan deyil. Buna görə də Oriflame byuti-ekspertləri Qalina İlyina və Mariya Luzinskaya ideal payız paletinin iki variantını hazırladılar – sarı və qara saçların sahibələri üçün.

Monomakiyaj 2021-ci ilin əsas tendensiyası olaraq qalır.

Bu tendensiya kölgələrin bir və ya iki yaxın çaları ilə makiyaj yaratmaqdan ibarətdir. Belə parlaq makiyaj təkcə parti üçün uyğun deyil: onu dəbli gündüz variantına da "çevirmək" olar. Bir neçə məsləhət:

  • Şimmerlə çalarlar monomakiyaj üçün əladır. Onları yuxarı və aşağı göz qapaqlarına geniş fırça ilə çəkin və kənarları zərifcə yayın.
  • Mat çalarlar bir-biri ilə yaxşı uyğunlaşır. "Smoki ayz" üçün Mat Gavalı (42563) və ya Mat Latte (42562) kimi variantlar uyğun olacaq. Onlardan birini yuxarı və aşağı göz qapaqlarına çək, hərəkətli göz qapağı nahiyəsi üçün isə parlaq vurğu kimi şimmer kölgələrindən, məsələn, Qızılı Qumlu və ya Şaxtalı Gümüş çalarlarından istifadə et.
  • Makiyajın mümkün qədər uzun müddət qüsursuz görünməsi üçün kölgələri praymerin üzərinə çəkmək lazımdır. Baza örtüyü kölgələrə yuvarlanmamağa, rənglərə isə daha təmiz və parlaq görünməyə imkan verir.
  • İstənilən nəticə üçün az miqdarda məhsulu barmaq və ya geniş fırça ilə hərəkətli və hərəkətsiz göz qapaqları üzrə yaxşı yay. Gözün daxili küncü haqqında unutma!


Yağışlı günlərdə belə işıq saç: sarı saçlar sahibələri üçün payız paleti

Mənim universal paletim: Qızılı Qumlu (33675), Şaxtalı Gümüş (33673), Nəcib Boz (34792), Zəngin Mis (33681), Mat Gavalı (42563), Mat Latte (42562).

 

Gündəlik makiyaj üçün açıq-şabalıdı saçları olanlara neytral çalarlar seçmək məsləhət görülür — çəhrayı (42558, 33678), bej (33687) və bənövşəyi (33679), həmçinin ziyafət görünüşünü yaratmaq üçün əlavə edilə biləcək qızılı (33675, 33677) və gümüş (33673) çalarları uyğun olacaq.

Soyuq alt tonlu sarı saçlar sahibələrinə Gavalı Taup (33680) çaları, həmçinin yaşıl (33682, 34790) və gümüşü (33673, 33674) ton əla uyğun olacaq.

Üst göz qapağının qatı üçün kölgələr kimi mat qəhvəyi rəngləri seçmək daha yaxşıdır.

Çox tünd çalarları daha az istifadə etmək vacibdir, çünki onlar baxışı və ümumi görünüşü əhəmiyyətli dərəcədə ağırlaşdıra bilərlər.

 

Öz gözəlliyini effektli şəkildə vurğula: tünd saşların sahibələri üçün payız paleti

Qəhvəyi gözlər özü-özlüyündə yüksək kontrastlığa malikdirlər, buna görə də onları hətta az miqdarda kölgələrlə vurğulamaq olar. Mənim ideal paletim – bu, Zəngin Mis (33681), Parıltılı Bürünc (42561), Qızılı Qumlu (33675), Tünd Qəhvəyi (33684), Bej Nüd (33687)Kömürlü Qara (33685) çalarlarıdır.

 

Elə indi biz əsasını mis rəngin təşkil edəcək çox möhtəşəm və maraqlı makiyaj sxemini nəzərdən keçirəcəyik. Hərəkətlərin ardıcıllığını yadda saxla!

 

1. Birincisi, hərəkətli göz qapağının bütün səthinə düz fırça ilə çaları çəkirik Zəngin Mis  (33681). Bu makiyajda məhz mis çaların sahəsi böyükdür və o, vurğulanır.
2. Orbital çökəkliyə kimi aşağı göz qapağına Parıltılı Bürünc çalarını çəkirik (42561) – belə rəng qəhvəyi gözlərə diqqəti cəlb etməyə kömək edəcək.
3. Gözün daxili küncünü Qızılı Qumlu ilə vurğulayırıq (33675) – bu, baxışa təravət bəxş edəcək.


 Mötərizədə olan kodlar lazım deyil – xahiş edirik, kölgələrin adlarını klinklənə bilən edin.

4. Hərəkətli göz qapağının xarici üçdə birinə makiyajı dərinləşdirmək üçün kiçik fırça ilə Tünd Qəhvəyi (33684) çalarını çəkirik.

5. Aşağı və hərəkətli göz qapaqları üçün göz makiyajının konturu üzrə neytral mat çaları istifadə edirik, məsələn, Bej Nüd (33687). Belə çaları geniş fırça ilə çəkmək vacibdir, bu, kölgələrin təmiz yayılmasına və dərinin rənginə gözəl dumanlı keçməsinin təmin edilməsinə imkan verəcək.

6. Altıncı addım kimi kiçik fırça ilə Kömürlü Qara (33685) çalarından istifadə edərək kirpiklərin böyüməsi xəttini işləmək olar. Beləliklə, kirpik sırası daha qalın, makiyaj isə tamamlanmış görünəcək.

Çalarların dolğunluq dərəcəsi tənzimlənə bilər!

Daha parlaq və sıx çəkilmə üçün nəmli üsuldan istifadə oluna bilər. Bunu etmək üçün, fiksatorda bir az nəmləndirilmiş fırça ilə kölgələr götürmək lazımdır.

Göz qapağının mərkəzi hissəsinə kölgələri barmaqla əlavə etmək olar – rəng daha parlaq olacaq.

 

 

Qızlar, Oriflame vizajistlərinin belə məsləhətləri ilə və The ONE çalarlarının geniş spektrləri ilə siz mütləq payızı öz gözəlliyinizlə isindirəcəksiniz və ətrafdakıları parlaq görünüşlərlə təəccübləndirəcəksiniz!