Ulduzların saç düzümləri

Fəsillərin keçidində adətən nə isə dəyişiklik istəyirsən. Yeni don, krem almaq, hətta yeni saç düzümü etmək. Lakin salona getməzdən əvvəl bax gör ulduzlar bu yaz üslublarını necə dəyişiblər!



Keyt Bosuort
2015-ci il ümumdünya saç düzümləri tarixinə "bob" saç düzümü ili kimi daxil olacaq. Bunu ilk dəfə yanvarda Keyt Bosuort etdi. Siyenna Miller, Rozi Hantinqton-Vaytli və Marqo Robbi də bunu təkrar etdilər. Biz də artıq istəyirik...   

Kim Kardaşyan
Kimin yeni saç düzümü həmişə dünya səviyyəsində bir hadisədir. Bu yaxınlarda o çiyinlərinə qədər dağınıq qara saçlarla idi və biz bəyənirdik - sonra isə bizi platin parıltı ilə heyrətə saldı. Biz heyrətdən mat qaldıq və yalnız heyranlıq əlaməti olaraq baş barmağımızı qaldıra bildik!   

Cesika Hart
Cesika Hartın qalın tünd-sarı buruqları həmişə dəbdədir. Sənin saçların uzundursa, onun kimi et, mərkəz hissələrini bir qədər dalğalandır və sən 70-ci illərin effektli üslubunu yaradacaqsan.    




Beyons

Beyons saç düzümlərini əlcəklər kimi dəyişir, biz məmnuniyyətlə qarderobunda bu qədər əlcəyin olduğu insana baxmaq istərdik. O son iki-üç il ərzində saçının rəngi və fasonunu dəfələrlə dəyişib. Biz bu məqaləni yazdıqda Beyons sarışın idi. Onun sabah hansı qərara gələcəyini biz bilmirik, lakin bu saç düzümü ona çox yaraşır. 



Lili Kollinz
Skarlett Yohanson ilk dəfə "pank" üslubunda saç düzümü ilə meydana çıxdıqda, düzünü desək, bizə çox qəribə gəldi. Lakin eyni şeyi Lili Kollinz etdikdə biz bu, bir qədər çılğın, lakin vulqar olmayan və bir qədər nəfis üsluba vurulduq.  

Mətn: Şəkil: Getty & Shutterstock