NYU-YORK KÜÇƏLƏRİNDƏN 5 BYÜTİ-TREND

Stritstayl və ya küçə dəbi öz məhşurluğuna görə aparıcı dizaynerlərin nümayişlərindən geri qalmır. Biz Nyu-York küçələrindən əsas dəb top-siyahısını tərtib etmişik: bax və yadda saxla

 

Pırpızlı topuz
Təsəvvür et ki, sən indi idman zalından çıxmısan və gec olmamaq üçün saçlarını topuz yığmısan. Niki Xilton və Yelena Perminova bu məsələdə sənə bir neçə dərs verə bilərlər. İsti yay günlərində saçları başın yuxarı hissəsində yumuşaq olaraq topuz yığmaqdan yaxşı və rahat nə ola bilər? 

 

 

Afrohörüklər
Bəli, onlar yenidən dəbə qayıdıllar. Onları podiuma Valentino gətirib, küçə dəbində isə onlar özləri məhşurlaıblar. Artıq geriyə yol yoxdur: Beyons, Kendal Cenner, Jenefer və Kara Delevin artıq bu saç düzümünü yaradıblar. İndi sənin növbəndir. Belə ki, 90-cı illəri yada salırıq və hörməyə başlayırıq. Hər bir təzə - yaxşı unudulmuş keçmişdir. 

 

Çəhrayı dodaq boyası
Fuksiya istənilən dəri rənginəuyöun gəlir, o hətta vizual olaraq dişləri də ağ görsədir. Ona görə də bu rəng çox məhşurdur! İfadəli və zərif olaraq qara maye-qələmlə mükəmməl uyğun gəlir. Onsuz möcüzə baş verməyəcək. 

Sənə tələb olunacaq: Neon dodaq boyası 5-i-1-də The ONE Colour Stylist Intense Collection, Qalıcı gözlər üçün maye-qələm The ONE, Kirpiklər üçün tuş The ONE Eyes Wide Open


Daranmamış saçlar

Dərhal gözəllik yaratmaq istəyənlər üçün bu tərz əsl tapıntı olacaq: artıq bu cür saç düzümü rəsmi olaraq trenddir. Diqqətli olun səliqəli saçlar keçən mövsümün dəbi idi. Bu mövsümdə güya bu dəqiqə yuxudan ayılmasın kimi bir trz yaratmaq dəbdədir. Lakin belə dağımlı saç düzümü yaratmaq ilk baxışdan asan görsənsə də, olduqca çətindir. Bu vəziyyətdə sənin köməyinə quru şampun çatacaq. 

Tünd dodaq boyası
Açıq rəngli dodaq boyalarından bezmisən? Sənin bəxtin gətirib: tünd rənglər bu mövsümdə açıq rənglərə qalib gələcəklər! Britaniyalı top-model Cordan Dandan nümunə götür və çaxır rəngli donuq effektli dodaq boyasından istifadə et.

Sənin köməyinə çatacaq: Donuq dodaq boyası " Dəb ikonası" Giordani Gold, Nazik saçlar üçün quru şampun "Ekspert - Maksimum həcm"














Mətn: Şəkil: Getty images