Addım 1: Parlaq dəri
Həftə çətin keçibsə, kifayət qədər yuxu almamısan və heçdə həmişə şokolad əvəzinə tərəvəz seçməmisən, dərinə təravət qayıtmağın vaxtı gəldi. Hazırlığı sevdiyiniz kompleks qulluqdan başla: o, enerji ilə dolduracaq və dərini lazımi faydalı maddələrlə qıdalandıracaq.
Addım 2: şampun reklamındakı kimi saçlar
Ukladkada yeni başlayan olsan da, saçların üz qabığındaki qızların telləri ilə asanlıqla rəqabətə girə bilər. Möhtəşəmliyi qoruyan və saç strukturasını sıxlaşdıran həcm üçün şampun istifadə et. Təmiz və demək olar ki, quru saçları biqudilərə sarı və 15 dəqiqə saxla: bu yolla yüngül dalğalar alınacaq. Son ştrix – parıltı üçün sprey. Həcm, parlaqlıq, sıxlıq, sağlam görünüş - məqsədə nail olundu!
Addım 3: ideal ton
Həmin o görüş qırmızı xalça tədbiri makiyajı üçün vaxt deyil. Sıx ton nəzərə çarpacaq: parlaqlıq effektli yüngül, nəmləndirici bir örtük seç. Sanki heç makiyaj etməmisən!
Addım 4: hissiyatlı dodaqlar
Qırmızı dodaq boyası romantik görüş üçün klassikadır. Görünüşü daha müasir etmək istəyirsən? Dodaqlarında tək çaların qalması üçün salfetlə islat və zərif məxmər finiş üçün incə kirşan qatı əlavə et.
Addım 5: pişik baxışı
Oxlar gözlərini cəlbedici və sirli edəcək, həm də vizual olaraq onları böyütməyə kömək edəcək. Biz maye göz layneri tərəfdarıyıq: məhz o, dərin, dolğun bir rəng verir və ondan istifadə göründüyü qədər çətin deyil. Mükəmməl oxların texnikasını istəyirsən? Sirr sadədir: alındığı kimi çək və sonra pambıq çubuğunu miselyar suda islat və formanı düzəlt. Heç kim bilməyəcək!
Addım 6: baxımlı əllər
Menyunu vərəqləyirsən, itaətsiz telini qulaqlarının arxasına salırsan, o isə, gözlərini sənin əllərindən çəkə bilmir. Məsələ düzgün seçilmiş qırmızı rəngdədir! Ən saf və aydın bir çalar seç – dayanıqlı və tez quruyan dırnaq boyaları sırasında beləsini tapdıq.
Addım 7: sirli şleyf
Təravətli və yüngül ətirlərin pərəstişkarı olsan da risk et və axşam görüntüyə sirrlər əlavə etmək üçün cazibədar, isti və həssas ətirdən istifadə et. Amber Elixir Mystery parfüm suyundan xoşumuz gəlir: ənbər, sitrus və vanil qırmızı zanbağın həssas akkordunu bürüyür. İndi nadir bir çiçək kimisən!
Addım 8: lakonik aksentlər
Bütün sevdiyin bəzək əşyalarını tax və sonra yarısınıçıxar - bu, stilistlərin həddi aşmamaq üçün sevimli layfxakıdır. Biz isə hətta bir dəstlə kifayətlənməyi məsləhət görürük: məsələn, zərif çalarlı sırğalar və asqı. Unudulmaz bir axşam üçün hazırsan!