Tərkibində axtar:asiya sentellası və ya cica

Hamarlaşdırır, bərpasını sürətləndirir, bütün dəri növlərini cavanlaşdırır və uyğunlaşdırır - hamısı bir ekstraktdadır. Problemli dəriyə qulluqda əvəzedilməz bir komponent olan asiyanın sentellasının xüsusiyyətlərini təhlil edirik.

Sentella nədir?

Digər adlar - gotu kola, pələng otu, kosmetika qablaşdırmaların üzərində cica və ya sika sözü ilə tapıla bilər. Vətəni Hindistan, Şri-Lanka, Cənubi Afrika və Madaqaskar olan bu bitki kiçik və az nəzərəçarpandır. Çində sentellanı "gənclik fəvvarəsi" adlandırıblar, o, səbəbsiz yerə ömrü uzatmaq qabiliyyəti ilə tanınmayıb.

Bu bitkinin hansı xüsusiyyətləri var?

Hindistanın ayurveda təlimində və Çin xalq təbabətində sentellanı hipertaniya, revmatizm, dəri xəstəlikləri və digər xəstsliklər zamanı tövsiyə edilirdi, o, beyin fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması, yaşlanma prosesinin yavaşlatması və beyinin qan dövranın yaxşılaşdırılması üçün vasitə kimi qiymətləndirilirdi. Sentella, A, B, E vitaminləri, həmçinin bədənə streslər və baş ağrılarından sonra bərpa olunmağa kömək edən maqnezium mənbəyidir.

 

Niyə bütün dəriyə qulluq azarkeşləri sentella haqqında danışırlar?Sentellaya dəb bizə Asiyadan gəlib, burada siku ən güclü sakitləşdirici və antioksidant komponentlərdən biri hesab olunur. Bu gün sentella ilə kosmetika dəriyə qulluqda əsas trenddir və bunun üçün bir çox səbəb var:

● Yenilənməni sürətləndirir

Sentella öz kollageninin istehsalını stimullaşdırır və onu məhv edən birləşmələri məhv edir. Bu xüsusiyyətlərin birləşməsi centellanı akneyə meylli dəri üçün əvəzolunmaz edir: o, köhnə iltihabların izlərini və hətta kiçik çapıqları tez bir zamanda aradan qaldırmağa kömək edir.

● Sakitləşdirir

Sentella mikro-iltihabı azaltmaq qabiliyyətinə malikdir: problemli dəridə o, iltihabların sahəsini azaltamağ, həssas dəridə isə qızartıların öhdəsindən gəlməyə kömək edir.

● Tonlayır

Sentella ekstraktı mikrosirkulyasiyanı yaxşılaşdırır, dərinin elastikliyini qorumağa və dartınmış üz konturunu bərpa etməyə kömək edir.

 

Harada axtarmalı?

NovAge iltihablar əleyhinə üz emulsiyası dərini sakitləşdirməyə, yeni iltihabların qarşısını almağa və köhnələrin izlərini azaltmağa kömək edir. O, iltihabların aktivliyini 63% və iltihablardan sonra qalan qızartıları və yara izlərini 19% azaldır - klinik olaraq sübut edilmişdir! Asiya sentellası ilə yanaşı, emulsiya antioksidant xüsusiyyətli tamanu yağı və tıxanmış məsamələri dərindən təmizləyən salisilik turşusu ehtiva edir.

 

Mətn: