Dodaqlara görə oxu: video zənglər üçün ən yaxşı dodaq boyası

Bu il bizim vərdiş etdiyimiz makiyajımız dəyişikliklərə məruz qaldı və arxa plana keçdi, çünki evdən məsafəli iş yeni normaya çevrildi. Ancaq araşdırmalar göstərir ki, biz hələ də yüksək səviyyədə olmaq istəyirik və asan makiyaj bizə bu işdə kömək edir.

Təbii makiyaj trendi məsafəli iş və virtual görüşlər dünyası üçün əladır. İnsanları yalnız monitor ekranı vasitəsilə görürsənsə, niyə makiyaj etməlisən? Bir az tuş, yüngül ton – və görünüşün əsas vurğusu kimi dodaq boyası. Sənə lazım olan hər şey budur!

Araşdırmalar göstərir: makiyaj yalnız özünə inamı artırıb əhval-ruhiyyəni yüksəltmir, həm də diqqəti cəlb etmək üçün əla vasitə kimi xidmət edir. Göz hərəkətini izləmə texnologiyasından istifadə edərək, Oriflame spikerin makiyajının olmasının tamaşaçıların diqqətini artırdığını müşaiət etdi və bu, xüsusilə dodaq boyasına aiddir.

Beləliklə, əgər heyrətamiz təəssürat yaratmaq istəyirsənsə, sevimli dodaq boyanı götür və elə indi "Görüşə qoşul" düyməsinə bas!

 

Metallik effektli Giordani Gold Iconic satin və ya mat dodaq boyası 

Əgər makiyajda yenisənsə və daha asan və təbii bir şeylə başlamaq istəyirsənsə, nüd çalarlar mükəmməl uyğun gəlir. Amma hansı çaları seçməli olduğunu necə öyrənmək olar?

Ümumi qaydada deyilir: əgər dərin açıqdırsa, daha solğun və soyuq nüd seç, dərin isti çalarlıdırsa, daha dolğun təbii tona üstünlük ver.

 "Parlaq nüd" çalarlı metallik effektli Giordani Gold Iconic dodaq boyası

Dodaqlara metallik mat örtüklü təbii ton verəcək. Arqan yağı ilə doymuş, o, dodaqların quru dərisini qidalandırır və nəm səviyyəsini bərpa edir. Və əgər küçəyə çıxmağa qərarlaşdırsan, SPF 12 gün ərzində dodaqların əlavə müdafiəsi üçün çox əlverişli olacaq. 

Daha piqmentli bir şey axtarırsan? "Çəhrayı nüd" çalarlı Giordani Gold Iconic satin dodaq boyasını sına. Təbii yağların və ekstraktların eksklüziv qarışığı kiçik qırışları və quruluğu azaldaraq, qeyri-bərabərsizlikləri düzəldərək və konturu yaxşılaşdıraraq dodaqların dərisini qidalandırmağa, düzləşdirməyə və yumşaltmağa kömək edir. Kim bunu istəməz ki!

Oncolour mat dodaq boyası

Təbii, lakin daha parlaq görünüşə can atırsansa, dolğun rəng və yaxşı qalıcılığı olan bir şeyə ehtiyacın var. OnColor dodaq boyasının möhtəşəm "Nüd" gavalı çaları isti dəri tonları üçün çox ideal uyğundur. Onun hamar krem teksturalı məxməri mat finişi sənə peşəkar şəkildə və effektli görünməyə kömək edəcək.

The ONE Colour Unlimited Lipstick supermat qalıcı dodaq boyası
Qırmızı rəngi sevirsənsə, diqqəti cəlb etmək üçün bundan daha yaxşı bir variant yoxdur. The ONE Colour Unlimited "Qırmızı yaqut" çalarlı qalıcı supermat dodaq boyası sözün əsl mənasında fərqlənmək üçün mükəmməl uyğundur. Onlayn zəngin ulduzu olmaq istəyirsən? Onda bu sənin uyğun variantdır!

OnColour güzgü effektli dodaq boyası
İsti və ya zeytun alt tonlu tünd dəridə narıncıya yox, şərab çalara daha yaxın olan soyuq qırmızı tonlar daha yaxşı görünür. Belə qamma dişlərin bəyazlığını vurğulayır: görüşü aparırsansa bu, idealdır. Biz OnColour Güzgü effektli "Tünd qırmızı" çalarlı dodaq boyasını bəyənirik .

The ONE Lip Sensation maye mat dodaq boyası
The ONE Lip Sensation mat dodaq boyasının zərif formulu yüngül, ipək kimi mat örtük bəxş edir və uzun müddət ərzində qalır, və bu zaman dodaqları heç qurutmur. "Albalılı şokolad" məxməri çalar ilə superlüksə keç.

THE ONE Colour Stylist Ultimate 5-i 1-də ultrabkremli dodaq boyası
Nəhayət, zəngin rəng palitrası, gözəl tekstura və krem finişi ilə The ONE Colour Stylist Ultimate 5-i 1-də ultrakremli dodaq boyasını seçməklə səhv etməyəcəksən. Əgər sənə bütün gün ərzində öz gücünə əminlik lazımdırsa, virtual görüşləri əlavə rənglərlə canlandırmağa cəhd et, "Mərcanı cem" çalarını sına – bu seçimlə uduzmayacaqsan!