Hollivud qlamuru
Klassik Hollivud qlamuru - dalğalanan gecə donları və qiymətli daşlarla bəzədilmiş aksessuarlar - Bleyk Layvlinin üslubudur. Belə üslub üçün o öz ideal formulunu tapıb: uzun kirpiklər, al dodaqlar və həcmli saç düzümü.
Belə üslub yaratmaq istəyirsən? "Hollivud saç düzümü" dərisimizi oxu
Kaliforniya buruqları
Möhtəşəm buruqlar və gündə qaralmış dəri - bu əsl Kaliforniya üslubu ona genlə miras qalmışdır. Lakin sən əslən ABŞ-ın qərbindən olmasan belə, narahatlıq üçün əsas yoxdur. Sənə sadəcə sayrışan əsas, şaftalı çalarlı dodaq boyası və krem göz kölgələridir.
"Özümüzün bəyəndiyi üslub ən yaxşısıdır"
– Bleyk Layvlinin The Huffington Post-a verdiyi müsahibəsindən
Hörük
Bleyk layvli əsl hörük fanatıdır. O bu saç düzümünün bütün növlərini mükəmməl şəkildə öyrənib. Biz əsasən onun "balıq quyruğu" dağınıq hörüyünü saç üçün bəzək əşyası ilə uyğunlaşdırmasını bəyənirik. İri sırğalarla isə o adi "at quyruğu" etməyi xoşlayır.
Bleyk Layvli üslubunda hörük etmək üçün bu məqaləyə bax.