1. ŞAMPUN VƏ KONDİSİONER
İlk öncə itaətsiz saçların hamarlanması üçün nəzərdə tutulmuş şampun və konndisioneri əldə et. Məsələn ipək proteinlərilə zəngin HairZ Frizz Control. O, saçlarda müdafiə qatının formalaşmasında, saçlara elastiklik və hamarlığın bəxş edilməsində, eləcə də saçların daha itaətli edilməsində əvəzsizdir.
2. DÜZGÜN DARAMA QAYDASI
Şampun və kondisionerin istifadəsindən sonra saclarının yüngülcə qurumasına imkan ver. Sonra saçlarını masaj darağı ilə dara. Yaş saçların daha da kövrək olması səbəbindən yüngül "masaj" və saçların yüngülcə qurudulması kimi iki əsas şərtə əməl etmək lazımdır.
3. ZƏRDAB
Növbəti addım itaətsiz və qıvrım saçlar üçün nəzərdə tutulmuş hamarlayıcı zərdabın vurulmasıdır. Onun yüngül tərkibi saç düzümünü ağırlaşdırmır, saçları istidən və rütubətdən qoruyur, eləcə də saç itaətsizliyinin qarşısını alır. Ovcunun içinə 2-3 damcı zərdab əlavə et, ovuclarını bir-birinə, sonra isə saçlarının ortasından uclarına doğru çək. Bu prosesdən sonra saçını yuma. Bu, əsas məqamdır!
4. FENDƏN İSTİFADƏ
Beləliklə, saçların düzülməsi hər şey hazırdır. Sənə skelet daraq lazımdır. Hava axınlarının sərbəst hərəkətini təmin edən dişlərinin seyrəkliyi və dəliklərinin uzunluğu sayəsində saçların düzülməsi çox vaxt aparmır. Dolaşıq saçları səliqəyə salmaqda əvəzsiz rolu olan bu daraq öz işini saçları zədələmədən aparır. Saçlarını skelet daraqla tutaraq orta temperaturda qurut. Belə olduqda sən saçların zədələnməsinin və dolaşmasının qarşısını ala bilərsən.
5. QORUYUCU SPREY
Demək olar ki, hər şey hazırdır. Saç düzümünün istənilən hava şəraiti üçün davamlı olması məqsədilə ona qoruyucu sprey vururuq. Biz sənə çoxfunksiyalı HairX saç CC-spreyini tövsiyə edirik. O, saclarını ətraf mühitin mənfi təsirindən qoruyacaq, onları antistatik effektlə təmin edəcək və onların bir-birinə dolaşmasının qarşısını alacaq.