Kosmetika öz-özünə çıxdıqda əslində nə baş verir?
Dəriyə qulluq məhsulları hansısa səbəbə görə dəriyə yox, bir-birinin üzərinə hopduqda və təsir etdikdə çıxır. Nəticədə nəmləndirici və ya tonal krem kiçik boz rəngli topcuqlara dönür və hətta dəridən tökülə bilər. Vəziyyət xoşagəlməzdir, xüsusən də gecikəndə - axı hər şeyi yenidən başlamalı olacaqsan.
Səbəb nədir?
Kosmetikanın öz-özünə çıxmasını bir çox amillər və onların birləşmələri təhrik edir. Əsas olanları müəyyən etdik:
1. Həddindan artıq çox məhsul
Kremi çox miqdarda çəkmək lazımdır - və onda o, 100% təsir edəcək stereotipini unut. Əslində, artıq vəsait sadəcə olaraq hopmayacaq və öz-özünə çıxa bilər. Yalnız bir-iki kiçik noxud boyda krem miqdarı lazımdır! Məhsulun teksturasına diqqət yetir: dəri tipin üçün o çox sıx və ağır deyilmi?
Necə düzgündür?
Daha az məhsul istifadə et və məhz sənin dəri növünə uyğun olan və tamamilə hopulan daha yüngül teksturaya keç.
2. Tələskənlik
Hərtərəfli qulluqdan istifadə edərkən hər bir məhsulun hopulmasına icazə verilməlidir və yalnız bundan sonra növbətiyə keçmək. Üz serumdan və ya essensiyadan hələ nəm olarkən kremi tətbiq etsəniz, hər iki qat öz-özünə çıxacaq.
Necə düzgündür?
Gündəlik məhsullar arasında ara ver və hər birinin tamamilə hopulmasına əmin ol. Fasilələrdə başqa addımları at: məsələn, nəmləndirmədən sonra dişlərini fırçala və ya saçlarını ukladka et və yalnız bundan sonra tonal kremə keç.
3. Aşındırmanın çatışmamazlığı
Pilinq və skrablardan istifadə etməsəniz, qulluq və makiyaj davamlı olaraq öz-özünə çıxacaq. Dərinin səthindəki ölü hüceyrələr məhsulları və onların tərkibindəki qida maddələrini hopdurmur.
Necə düzgündür?
Hüceyrə yenilənməsini gücləndirmək üçün aşındırmanı müntəzəm olaraq dərinizə qulluq ritualına daxil edin. Soyuq mövsümdə, hətta normal dərinin qurumadan və soyulmadan əziyyət çəkdikdiyi vaxtda bu, xüsusilə vacibdir. Dərinin yenilənməsini stimullaşdıran və parlaqlığı qaytaran NovAge pilinqdən xoşumuz gəlir.
4. Yanlış tətbiq qaydası
Məktəb kimyasının dərslərindən yağ və suyun qarışmadığını xatırlayırıq. Bu qayda su və yağ əsaslı nəmləndirici vasitələrə də aiddir. Həmişə birincilərdən başla, onlar çox asanlıqla hopulur - yağlı məhsullar isə sonuncu olmalıdır. Əgər əksinə edilsə, yağlı tekstura dərinin səthində qoruyucu təbəqə yaradacaq və su əsaslı məhsulların hopulmasına imkan verməyəcək.
Necə düzgündür?
Məhsulların tətbiqi qaydalarına ciddi riayət et və tərkibləri diqqətlə oxu.