1. Metal+Halqa
Mövsümün ən dəbli obrazıdır. Halqa-dəstəkli əl çantası halqalı sırğa ilə uyğunluq təşkil edir. Bu, aksessuarlar öz sahibinə klassik və eyni zamanda çox incə xarici görünüş bəxş edir. Bu obraza yüngül şərf əlavə etsən, istədiyin müsabiqədə qalib ola bilərsən!
2. Multi+MetalPaltarına uyğun aksessuar yox, aksessuarına uyğun paltar seç. Qızılı kolye, sırğa, bilərzik və ağ köynək birliyi öz sahibinə ideal görünüş bəxş edir. Çox sadə və incə. İstənilən layihə və ya ideyanı təqdim etmək üçün əlverişli geyimdir.
3. Halqa+GümüşBurada heç nə artıq deyil: bir cüt gümüş bilərzik və sırğa. Gündəlik geyim tərzinizə də çevirə bilərsən.
4. Halqa+Küçə dəbi
Biz çox ümid edirik ki, yay tez gələcək. Və hava çox isti olacaq. Onda günəş eynəyindən istifadə etməyin yaxşı olar. Bu aksessuara qadın idman ayaqqabıları və halqalı əl çantası əlavə etməyin sənin zərifliyini vurğulayar.
5. Parlaqlıq+Donuqluq
Sən rəssamsan? Studiya sahibisən? Yaradıcılıqla məşğulsan? Bəzənməyi sevirsən? Kim mühakimə edər? Biz yox! Sırğanda, çantanda, boyunbağıda halqavari detallardan, boz və neytral, bəzənsə parlaq çalarlardan, çəhrayı dodaq boyasından istifadə etməkdən çəkinmə!
Bəs hansı makiyajı seçməli? Biz donuq rəngləri tövsiyə edirik. Səbəbini anladacayıq.