Misselyar su haqda hər şey

Sən yəqin ki, misselyar su haqda eşitmisən. Tərkibində sabun olmayan yumuşaq təmizləyici vasitə. Onu istifadə etdikdən sonra yumağa ehtiyac olmur. Misselyar suyunu hələ fransızların gözəllik sirri adlandırıllar. Bəs bu sirr nədən ibarətdir ?

MİSSELYAR SU NECƏ İŞLƏYİR ?

Messilyar suyunun sirri təmizləyici mikrohissəciklərdədir. Messilyar suyu dəriyə toxunduqda onu yumulşaldaraq üzərindəki sebum(dəri yağı), çirk və makiyaj qalıqlarını təmizləyir. Təmizlədikdən sonra yumağa ehtiyac yoxdur. Sadəcə olaraq vasitəni üz dərisinə pambıq disklər vasitısilə çək və qurumağını gözlə, daha sonra həmişə istifadə etdiyin nəmləndirici vasitəni çək.

MƏNİM DƏRİMƏ UYĞUN GƏLƏCƏKMİ?

Misselyar suyu xüsusilə quru və həssas dəri üçün mükəmməldir. Əgər həmişə adət etdiyiniz gel, köpük və tonik kimi yuyucu vasitələrindən sonra dərində qıcıqlanma və ya quruma əmələ gəlirsə misselyar suyundan istifadə et. Ancaq unutma ki, misselyar su suyadavamlı tuşu və çoxqalıcı makiyajın silinməsində çətinlik çəkir.  

Misellar suyu daha yaşlı və akneli dəri üçün düzgün seçilmiş digır təzmizləyici vasitələr və tonikdən daha az faydalıdır. Ancaq buna baxmayaraq alternativ yol kimi üz dərisinin tımizlənməsi üçün mükkəmməl çıxış yoludur. 

BİZİMHÖKM: 

Misellyar suyun universallıq tezisi – həm dərini təmizləyir, həm makiyajı silir, həm tonlaşdırır, hətta nəmləndirir dedikdə reallığa uyğun gəlmir. Heç bir vasitə bu qədər yaxşı ola bilməz!

Buna baxmayaraq üz dərisinin təmizlənməsi üçün misselyar suyu əla vasitədir. Əgər üz dərin quru və həssasdırsa onda Təmizləyici misselyar losyonu Diamond Cellular), vasitəsini sınaqdan keçir. Ancaq adət etdiyin təmizləyici vasitəni dəyişməyə tələsmə, xüsusilə də vasitə SPF tərkiblidirsə

Digər dəri sahibləri isə misselyar sudan makiyajı tez silmək və ya hər hansısa hissəsinin düzəldilməsi üçün silmək, tez nəmləndirmək və.s hallarda istifadə edə bilərlər. Ancaq gündəlik istifadə üçün isə öz dərinə daha uyğun olan təmizləyici vasitədən istifadə et. 



Mətn: Şəkil: Fotolia