Xoşbəxtlik və eqoizm: öz arzularına nəyə görə hörmətlə yanaşmalısan?

Özünə sadiq olmaq və ya yaxınlarının, dostlarının, iş yoldaşlarının gözləntilərinə uyğun olmaq - hansı daha yaxşıdır?

ÖZÜN İLƏ MÜNASİBƏTLƏRİNİ QAYDASINA SAL

Özünü sevmək və şəxsi qərarlarını düzgün hesab etmək normaldır. Bu, sənin daha yaxşı münasibətə layiq olduğunu, pisliyə dözmədiyini və şəxsi arzularına və tələbatlarına hörmət ilə yanaşdığını göstərir. 

XOŞBƏXTLİK DƏRƏCƏSİNİ ARTIRMAQ

Başqalarını razı salmaq istəyəndə biz ətrafımızdakı insanların bizi qiymətləndirməsindən asılı oluruq. Çünki hər kəsin yaxşının, pisin nə olduğu haqda öz fərqli fikirləri var. Düşündüyünü et və özünü xoşbəxt hiss edəcəksən. Qoy başqa insanlar sənin qərarlarına istədiyi fikiri formalaşdırsın.

DAHA ASANLIQLA QƏRAR VER

Sən arzularına diqqətlə yanaşsan, qərar vermək daha asan olacaq. Deməzdik ki, sən hər zaman məhz nəyi istədiyini tam olaraq biləcəksən, amma həyatının daha da harmoniyada olacağına əminik. Əgər seçim qarşısındasansa, özündən soruş “Mən nə istəyirəm?”. Zamanla bu vərdiş halını alacaq və qərarları avtomatik verəcəksən.

YAXINLARIN VƏ  AİLƏ ÜZVLƏRİN SƏNİN DEYİL, ÖZ QAYĞISINA QALSINLAR

Həyatının məsuliyyətini öz üzərinə götürmək bu məsuliyyəti yaxınlarının, sevdiyin insanların üzərindən götürmək deməkdir. Artıq sən heç kəsdən asılı deyilsən. Hər kəs ilk növbədə öz qayğısına qalır və beləliklə yaşamaq daha asan olur.

ŞƏXSİ UĞURSUZLUQLARINDA BAŞQALARINI GÜNAHLANDIRMA

Həyatını məsuliyyətinin altına götürən andan sən həyatında baş verən həm yaxşı, həm pis hadisələrə cavabdeh olursan. Bu səbəbdən başqalarını günahlandırmaq düzgün deyil. Bu cür düşünən insanla ünsiyyət qurmağın daha xoş olduğunu bizim ilə razılaşarsan.

Mətn: Şəkil: Orifame