Saytda məhsulun xüsusiyyətləri "klinik sınaqların nəticələrinə görə" sübut olunub oxuduqda - bu nə deməkdir?
Klinik testlər laboratoriyada və mütəxəssislərin ciddi nəzarəti altında aparılır.Yüksək dəqiqlikli avadanlıq və analitik üsulların vasitəsi ilə biz məhsulun xüsusi xassələrini təsdiqləyirik və ölçürük: məsələn, o, qırışları neçə faiz azaldır və ya kiprikləri neçə faiz uzadır. Bu test üsulu məhsulun effektivliyinin ən etibarlı nəticələrini və obyektiv sübutlarını əldə etməyə imkan verir.
Bəs onda istehlakçı testi niyə lazımdır?
İstehlakçı testi zaman, könüllülər fokus qrupu məhsullarımızı düz evlərində istifadə edir və hissləri qeyd edir. İştirakçılar anket formalarını müntəzəm olaraq doldururlar - məsələn, tətbiqdən bir neçə gün və ya bir həftə sonra. Bu tədqiqat üsulu klinik üsulnan müqayisədə tamamilə fərqli bir dəyərə malikdir: o, obyektiv məlumatları məhsuldan istifadənin hisslərin subyektiv qiymətləndirilməsi ilə tamamlamağa imkan verir.
Test nəticələrinə əsasən, lazım olduqda formulaları yaxşılaşdırırıq və effektivlik üzrə son versiyanı test edirik - məsələn, kompleksli NovAge qulluğu müəyyən edilmiş təsiri sübut etmək və nəticəni təmin etmək üçün bir sıra ciddi klinik sınaqlardan keçir.
Tətqiqatları nə zaman aparırıq?
Dərinin xüsusiyyətlərini, ehtiyaclarını və ona təsir edən amilləri öyrənmək lazımdırsa, tədqiqat layihələrini təşkil edirik. Beləliklə, 2012-ci ildə Oriflame yaşla əlaqədar dəyişikliklərin xarici əlamətlərinin geniş miqyaslı tətqiqatına başladı. Biz fərqli ölkələrdən, mədəniyyətlərdən, etnik və yaş qruplarından mindən çox qadının üzlərini test etdik və yaşın vizual göstəricisinə başqalardan daha çox təsir edən 23-dən 12 yaş əlamətini müəyyən etdik. Bu bizə sənin üçün həqiqətən vacib olan yaşlanma əlamətlərinə qarşı mübarizə aparan kompleks həllər yaratmağa imkan verdi.