Məni dinlə: 3 ətriyyat layfhakı

Necə ətir seçmək, onu hara vurmaq və qalıcılığı necə saxlamaq — sirləri bölüşürük.

1. MƏNİ SEÇ
Mağazalarda ətrin qoxusunu bilmək üçün istifadə olunan kağızları xatırlayırsanmı? Bax onlar demək olar ki, lazımsızdırlar. Çünki ətrin dəridə və ya kağızda qoxusu tamamilə müxtəlif ola bilər. Ətrin qoxusunu bilmək üçün onu bilək və ya barmaq ucluqlarına vur. Bəs nəyə görə məhz bu nahiyyələrə? Çünki məhz bu nahiyyələrdə nəbz nöqtələrində qan damarları mövcüdur və ona görə də burada temperatur nigər nahiyyələrə nisbətdə daha yüksəkdir.

2.  UZUN MÜDDƏT QAL
Pafüm — hissiyyatlı oğlandır. Ətir və əsas yağların, həmçinin spirtin molekulunun tərkibinə daxil olanlar, asanlıqla məhv edilə bilər ki, bu da qoxunun yox olmasına səbəb ola bilər. Ətir flakonlarını mütləq olaraq günəş şüalarından, istidən, nəmişlikdən uzaq tutaraq, ancaq quru və sərin yerdə saxlamaq lazımdır.

Ətrin qalıcılığına nə təsir edir? İlk növbədə, düzgün nəmləndirilmiş dəri, ona görə də ilk tuş və ya vanna qəbul edin. İkincisi isə, ətri nəbzin döyündüyü yerlərə vur: bilək, qulaqların arxasına, boynun arxa hissəsinə, dizlərin arxa hissəsinə. Temperaturun artması ilə ətrin qoxusu daha da güclənəcək.

Əsas: parfümü dərində sürtmə və biləklərini bir-birinə sürtmə! By halda sən ətri korlayırsan. O təbii olaraq quruyaraq dəriyə hopmalidir.

3. HƏR ŞEYİ DÜZGÜN ET
Ətir geyimə vurmaq — artıq keçən əsirdə qaldı. Bu cür sən istənilən geyimdə ləkə qoyaraq onu korlaya bilərsən. Bir müddət keçdikdə qoxu azalaraq dəyişə biləcək, çünki geyimdə olan temperatur aşağı düşür. Həmçinin ətir bədəndə əks etdirdiyi qoxunu geyimdə əks etdirə bilməz. Biz sevimli ətri ancaq bədənə istifadə etməyi tövsiyə edirik.

Mətn: Şəkil: Oriflame