1. İlk ətir harada yaranmışdır?
Ətirlərin yaranma tarixi haqda bir neçə nəzəriyyə var. Bu mülahizələrdə ətirlərin yaranması misirlilərə, farslara və Mesopotamiya sakinlərinə aid edilir. Eramızdan əvvəl II minillikdə yaşamış Tapputi adlı kimyagər qadın dünyanın ilk "ətriyyatçısı" sayılır. Təxminən dörd min il əvvəl insanlar ətirləri dini ayinlər, dəfn mərasimləri və bir çox yerlərdə istifadə edirdilər. Misir mifologiyasında Nefertum bitki və ətriyyat tanrısıdır. Bu tanrı adətən başına məhsuldarlıq və firavanlıq rəmzi olan şanagüllə çiçəyi qoyulmuş gənc kimi təsvir edilir. Zamanımızda şanagüllə çiçəyi çox zaman ətirlərin yaradılmasında istifadə olunur. Əfsanəyə görə günəş tanrısı Raşanagüllə çiçəyindən yaranmışdır.
Farslar da hər zaman ətir istifadəçiləri olublar. Ətirlər onlarda siyasi hakimiyyətin rəmzi olmuşdur. Fars şahlarının şəkillərində ətir şüşəsinə rast gəlmək olar. Bu hal Fars İmperiyasının yunanlar və romalılar tərəfindən işğalınadək davam etmişdir. Yeni hakimiyyət ətirlərin yaradılmasına incəsənətin bir növü kimi baxırdı. Bütün dünyaya yayılmış bu "dəb" 1190-cı ildə Fransaya çatır. Ətirlərin yaradılması Fransada çox güclü inkişaf edir və tez bir zamanda gəlirli biznesə çevrilir.
2. Dünyada yaradılmış ilk ətir hansıdır
Ətir istehsalının inkişafı müxtəlif ölkələrdə müxtəlif cür olmuşdur. Çoxlu sayda ətir növləri mövcud idi. Spirt və yağ əsasında ilk ətir isə macarlar tərəfindən yaradılmışdır. Bu ətir XIV əsrdə kraliça Yelizavetaya hədiyyə edilmişdir. Macar Suyu (Hungary Water) adlanan bu ətrin tərkibini əsasən rozmarin, nanə və bədrənc təşkil edirdi. Əfsanələrə görə o, cavanlaşdırma xüsusiyyətinə malik idi və kraliçaya öz gözəlliyini qoruyub saxlamaqda köməklik göstərirdi.
3. Ən bahalı ətir inqrediyentləri hansılardır?
Ən bahalı ətir bitki və çiçəklərdən alınmış yağ qarışıqlarından hazırlanır. Yasəmən, bolqar qızılgülü, ud, müşk və süsən ən qiymətli təbii ətir inqrediyedientləridir. Ən bahalı ətir inqrediyenti isə balinaların həzm sistemində yaranan boz ənbərdir. Bu inqrediyentin qiymətinin yüksək olması onun təbii mənbəyinin itirilməsi ilə əlaqəlidir.
Oriflame şirkətində ətir hazırlayarkən biz dünyanın müxtəlif nöqtələrindən gətirilmiş yüksək keyfiyyətli inqrediyentlərdən istifadə edirik. Daha da dərindən öyrənmək istəyirsən? Səni ətir səyahətinə dəvət edirik!