Velnes Əlifbası

Bizim orqanizmimiz vitaminlər, minerallar və yarıdoymuş yağ turşuları istehsal etmir, məhz ona görə də biz onları qidada qəbul etməliyik. Hansı qida məhsullarını qəbul etməyi bilirsən? Bu sualları bizim sağlam qida üzrə bələdçimiz cavablandıracaq.

VİTAMİNLƏR ÜZRƏ BƏLƏDÇİ


A Vitamini 
A Vitamini sağlam dəri, görmə qabiliyyəti, immun sisteminin fəaliyyəti üçün vacibdir. Bizim orqanizmimiz meyvə və tərəvəzlərdə zəngin olan qırmızı piqment - beta-karoten istehsal edir.  Orqanizmimiz A vitaminini lazım olan qədər istehsal edir. Məhz buna görə də bilməyərəkdən А vitaminin dozasını aşmaqdan qorxmayın
Nə yemək lazımdır: Yarpaqlı tərəvəzlər, kök, ərik, süd məhsulları, yumurta və balıq. 

В vitamini B vitamininin maddələr mübadiləsi, sinir və əzələ sistemləri, həmçinin hüceyrələrin bölünməsinə cavab verən səkkiz müxtəlif növü var.  B Vitamini qida emalında asanlıqla məhv ola bilir, buna görə də qida rasionunda yalnız emal edilmiş qidalardan istifadə edən insanlar asanlıqla B vitamininin defesitindən əziyyət çəkirlər. 
Nə yemək lazımdır: Ciy meyvə və tərəvəzlər, qoz, kəpəkli məhsullar (məsələn, boz düyü və ya kəpəkli undan hazırlanmış  qidalar), yumurta, ət və balıq. 


Азбука Вэлнес

С Vitamini  Bu vitamin ən güclü antioksidant olaraq kollagen sintezində birləşdirici toxuma rolunu oynayır. Ona görə də Vitamin C sağlam dəri, dişlər, sümüklər və damarlar üçün çox vacibdir. O, həmçinin, orqanizmin dəmiri qəbul etməyinə də kömək edir.
Nə yemək lazımdır: Meyvələr, giləmeyvələr, göyərti və meyvəköklülər. 


D Vitamini C vitamininin ən mühüm mənbəyi – günəş şüalarıdır. Təəccüblü deyil ki, yarım saat günəş şüaları altında gəzmək on stəkan süd içməyə bərabərdir. Həmçinin, D vitamini kalsiumun qəbulu, immun və əzələ siteminin düzgün fəaliyyəti üçün əvəzolunmazdır. D vitamininin çatışmazlığı sümük sisteminin fəaliyyətinə təsir etdiyi üçün, onu lazimi miqdarda qəbul etmək lazımdır.
Nə yemək lazımdır: Yağlı balıq və yumurta sarısı. 


Е vitamini Heceyrələri sərbəst radikalların təsirindən qoruyan antioksidantdır. C vitamini ilə cüt işləyir.
Nə yemək lazımdır: Qoz, lobya, yumurta, yaşıl salatlar və dənli bitkilər.  



К vitamini К vitamini qan laxtalanması və sümük toxumalarının bərpasında mütləqdir. Həmçinin, bağırsaqlarda yaşayan bakteriyalar K vitamini istehsal edirlər, lakin buna baxmayaraq vitamini qida ilə də qəbul etmək lazımdır.
Nə yemək lazımdır:  Yaşıl tərəvəzlər (brokkoli, ispanaq, brüssel kələmi). 


 

MİNERALLAR ÜZRƏ BƏLƏDÇİ

Kalsium Kalsium sağlam sümüklər və dişlər üçün mütləqdir.  Bu sinir və əzələ sisteminin funksiyalarının tənzimlənməsi iştirak edir və qan laxtalanma üçün vacibdir.
Nə yemək lazımdır:  Yaşıl tərəvəzlər, badam, lobya, meyvə və süd məhsulları.

Maqnezium Maqnezium orqanizmdə baş verən enerji istehsalı prosesi, ürək – damar və əzələ sisteminin fəaliyyətinə təsir edən , həmçinin üç yüz növ metabolik prosesdə iştirak edir. Maqnezium çatışmazlığı - kifayət qədər geniş yayılmış problemdir. 
Nə yemək lazımdır:  Yaşıl tərəvəzlər, qozlar (keşyü və badam), toxum və  taxıl bitkiləri.

Selenium Selenium sərbəst radikalların zərərli təsirlərindən bizim orqanizmin antioksidant fermentlərin sintezində iştirak edir. Selenium çatışmazlığı immun sisteminin zəifləməsinə və ürəkdə problemlərin yaranmasına səbəb olur. 
Nə yemək lazımdır:  Taxılkimilər, qozlar, göbələk və balıq.



Sink Sink immun sisteminin normal fəaliyyəti üçün vacibdir. O orqanizmimizdə yaraların sağalmasına,  karbohidrotların parçalanmasına, dərinin sağlam olmasına cavab verir.
Nə yemək lazımdır:  Toxumlar (küncüt, günəbaxan və balqabaq), qozlar, ət, mərci və göbələk.

Yod Yod – maddələr mübadiləsi, boyun uzanması və orqanizmin reproduktiv  fəaliyyətinə təsir edən qaxanabənzər vəzinin işinə təsir edir. Yod çatışmazlığı ruhi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Nə yemək lazımdır: duz, yosunlar, dəniz məhsulları, lobyalar, kartof, ağartı məhsulları və yumurta.

Mis Mis enerji sintezi və melamin istehsalında sinir sisteminin işi üçün mütləqdir. Həmçinin o, kollagen və elastin istehsalında da mühüm rol oynayaraq, birləşmiş toxumaların işinə cavab verir.
Nə yemək lazımdır: Paxlalılar, qozlar, toxum, taxıl bitkiləri və göbələk.

Dəmir Dəmir oksigenin orqanizmə daşınmasında məsuliyyət daşıyan qırmızı qan hüceyrələrinin formalaşması üçün zəruridir. Dəmir çatışmazlığı anemiya yaranması riskini artırır.
Nə yemək lazımdır: Mərci, paxla, çiyələk və qırmızı ət.


YAĞ TURŞULARI

Omeqa-3 Bizim orqanizmimiz nəinki vitaminləri, hətta yağ turşularını istehsal edə bilmir. Ona görə də yağ turşularını qidada, yaxud qida əlavələrində qəbul etmək lazımdır. Omeqa-3 iltihab əleyhinə təsir edir və ürək-damar xəstəliklərinin, xərçəngin  yaranma riskini azaldır. Omeqa-3 də görmə və beyin funksiyasını dəstəkləyir.
Nə yemək lazımdır: Yağlı balıq (skumbriya, alabalıq və qızılbalıq), kətan toxumu, qoz, Omeqa-3 tərkibli qida əlavələri.

 

Mətn: Şəkil: Shutterstock