AHA və BHA: dəriyə qulluqda yeni sözlər

Saçlar və bədən üçün BB, CC и EE kremləri çoxdan həyatımıza daxil olub. Yeni qısaldılmış sözlərin mənalarını öyrənmək zamanıdır!

AHA VƏ BHA-TURŞULARI – BUNLAR NƏDİR?

AHA (alfa - hidroturşuları) və BHA (beta - hidroturşuları) özündə ölmüş dəri hüceyrələrini qabıq halına gətirərək dəridən təmizləyən və dərini yumşaldan kimyəvi eksfoliantları birləşdirir. Onlar yaşlanmanın qarşısını alır, ultra-bənövşəyi şüalanmaya məruz qalan dərini bərpa edir, qara nöqtələr və aknedən təmizləyir. AHA və BHA turşuları daha mürəkkəb skrablar və ya xüsusi cihazlarla mexaniki üz təmizləyicilərinin alternativ variantıdır. Birlikdə istifadə etdikdə dərini yumşaldır, mimik qırışların yaranmasının qarşısını alır, kollagen sintezini stimullaşdırır və dəri elastiklikliyinə cavab verir. 

AHA-TURŞULAR NƏ VAXT LAZIMDIR?

Dərin günəş şüalarına məruz qalıbsa , AHA-turşuları dərinin zədələnmiş üst qatının qabığını soyur. Dərin quru və ya normaldırsa, AHA-turşuları dərini nəmləndirərək yumşaldacaq. Həmçinin onlar kollagen sintezini stimullaşdıraraq yaşlanma problemini də həll edecəklər. 

BHA-TURŞULAR NƏ VAXT LAZIMDIR

Dərin aknelərin yaranmasına və geyiçlənmiş məsamələrə meyillidirsə sənən BHA-turşuları kömək olacaq. Onlar nəinki dərini üst qatdakı qabıqdan azad edəcək, həmçinin məsamələrdəki lazımsız yağı da itirəcək. BHA-turşusu normal və yağlı olan dəri tipləri üçün uyğun gələcək.  Çünki, o daha çox qurutma effektinə malikdir. Onlar həmçinin antibakterial və iltihabeleyhinə təsir göstərirlər. 

HANSI MƏHSULLARIN TƏRKİBİNDƏ AHA VƏ BHA-TURŞULARI MÖVCÜDDUR?

Məsələ burasındadır ki, sənin istifadə etdiyin məhsulların tərkibində AHA və BHA-turşularının adları yazılmaya bilər. Məhsulun tərkibini diqqətlə oxu. Əgər orda Solisil turşusunun adı ola bilər. Bu turşu elə BHA-turşusudur. Solisil turşusu az miqdarda aknelərin müalicəsi üçün istifadə oluna bilər. Qlikolik turşusu sızanaqlara təsir göstərir, süd turşusu isə quru dərini yumşaldır. Bu turşular AHA-turşularına daxildir.   

AHA və BHA turşularının qabıq qovucu olması onun ancaq skrabların tərkibində olması deyil. Həmçinin tərkiblərində ekollagen mövcüddur. Kliniki sınaqlar sübut etmişdir ki, üz dərisi üçün Ecollagen zərdabı mimik qırışların azaldılmasına, kollagen istehsalını stimullaşdırılmasına və dəriyə parlaqlıq verməyə müvəffəq olur.  



Mətn: Şəkil: Oriflame