Daimi cavanlıq: ilk yaşlanma əlamətləri ilə mübarizə aparırıq

Yuxu azlığı, ziyanlı ”qəlyanaltılar», çoxlu miqdarda kofe – tez və ya gec sənin sağlamlığında öz əksini tapır və bunlar yeniyetmə sızanaqları yox, artıq yaşlanma əlamətləridir. Bunlar mimik qırışlar, solğun dəri tonu və dəri məsamələrinin artmasıdır. Onlarla necə mübarizə aparmaq barədə danışacayıq.

YAŞLANMA ƏLAMƏTLƏRİ: DƏRİNİN SUSUZLAŞMASI 

Həlli: Cinsi yetkinlik yaşına çatmış qadın orqanizmi proqesteron hormonu ifraz etməyə başlayır. Məhz bu proqesteron hormonu da dəriyə quruluq gətirir. Ona görə də hələ cavan yaşlarından dərini nəmləndirmək lazımdır, bu dərinin tez yaşlanmasının qarşısını alır. Gündüz kremlərinin tərkibləri amin turşuları, antioksidantlar, minerallar və vitaminlər təşkil etdikləri üçün, onlar yaşlanmanın ilk əlamətləri ilə mübarizə aparırlar. Məsələn, True Perfection gündüz kremi tərkibindəki bitki gövdə  hüceyrələri ilə, zərdabın üstündən çəkildikdə dəriyə təravətlik verərək onu cavan saxlayır.

 

YAŞLANMA ƏLAMƏTLƏRİ : GÖZALTI TOPBACIQLAR

Həlli: Gecədən səhərə qədər əyləncələrdə olur, duzlu yeməkləri sevir və lazimi qədər su içmirsəndə demək mövsümün heç də dəbli olmayan aksessuarı olan gözaltı torbacıqları qazanmaq riskini artırırsan. Onlardan qurtulmaq üçün sənə tərkibində kofein olan gözətrafı kremlər lazımdır. Həmçinin bu cür kremlər gözətrafı zərif dərini zərərli maddələrdən qoruyur və yaranan ilk yaşlanma əlamətləri olan mimik qırışların da yaranmasının qarşısını alır. Vasitəni soyuducuda saxlasaz, vasitənin xüsusi başlıqla dəriyə yaxılması ona sərin massaj effelti verərək nəticəni daha da yaxşılaşdıracaq. 




YAŞLANMA ƏLAMƏTLƏRİ: QEYRİ-BƏRABƏR DƏRİ TONU

Həlli: Sənin dərin tonu qeyri-bərabər olub, məsamələr daha aydın nəzərə çarpır, dərin isə solğunlaşıb? Bu kortizolun təsiridir. Bu yuxu azlığında və streslərdən yaranan hormondur. Həmçinin o dəridə iltihabi prosesin və qüsurların yaranmasına da səbəb ola bilər. Yuxusuz qaldığına görə də sən yaşından çox görünürsən. Cavan qalmanın qızıl qaydası: hər gecə səkkiz saatdan az olmayan yuxu!
Hiperpiqmentasiya hormonol dəyişikliklər və ya gün şüalarının təsirindən yaranıbsa sənə tərkibində hidroxinon və ya C vitamini olab vasitələr lazımdır. Əlbəttə ki, SPF tərkibli vasitələri də unutmaq olmaz. 

YAŞLANMA ƏLAMƏTLƏRİ: SOLĞUN DƏRİ

Həlli: Artıq vaxt dəri cilalanmasına çatdı! Dəri təmizlənməsi üçün lazım olan cihazlar (məsələn, SkinPro) ölmüş dəri hüceyrələrini təmizləyir, tərkibindəki qlikolik turşu olan vasitələr (məslən gecə kremi True Perfection ) dəri heceyrələrini bərpa edir, salisil turşusu isə nöqsanlarla mübarizə aparır.  

Antioksidantlar heç vaxt çox olmur! Dəridə onları lazımınca bərpa etməyə sənə zərdab kömək edəcək. Fars ipək akasiya cövhəri təbii iltihab əleyhinə vasitə olaraq hüceyrə səviyyəsində dəriyə qulluq edərək dərini nəmləndirir və yaşlanmanın qarşısını alır. Serrum ani olaraq dərini təkmilləşdirir. True Perfection  kliniki sınaqlardan keçərək sübut olun muşdur ki, dəri parıltısını 95% artırır!

 


YAŞLANMA ƏLAMƏTLƏRİ: QIRIŞLAR

Həlli: Ola bilər ki, sən çox şəkər qəbil edirsən? Gündəlik olan maksimal miqdar, altı çay qaşığını keçməməlidir. Şəkər iltihab yaradır, kollagen və elastin sintezini yavaşıdır, bu da qırışların yaranmaslna səbəb olur. Üz dərisinə qulluqdan başqa  düzgün pəhriz də çox vacibdir!
Güclü antioksidant astaksantini kollagen sintezini gücləndirərək qırışları azaldaraq dərini cavan saxlamağa kömək edir.  Dəmək qıdaya astaksantin daxil etmək üçün əla səbəbdir. Elə deyilmi? 

 


Mətn: Şəkil: Shutterstock