Yay mövsümündə dəriyə düzgün qulluq

Nəhayət ki, yay gəldi! Artıq günəşli günlərdən həzz alaraq gününü açıq havada keçirmək vaxtıdır. Lakin günün dəriyə mənfi təsir etməməsi üçün ona düzgün qulluq etmək lazımdır. Yay günlərində dərinin sağlamlığını qorumaq üçün nə etmək lazımdır?

HƏMİŞƏ SANSKRİNDƏN İSTİFADƏ ET
Hətta buludlu günlərdə belə mütləq olaraq günəşdən müdafiə vasitələrindən istifadə etmək lazımdır. Hər gün. UVA və UVB-şüaların 80% dən çoxu buludlardan keçərək dəriyə təsir edə bilir. Məhz UVA-şüaları vaxtından əvvəl yaşlanmanın səbəbkarıdır. Ona görə də mütləq olaraq hər gün SPF 15 və daha artıq müdafiəyə malik vasitələrdən istifadə et.

Tövsiyə edirik: NovAge Ecollagen qırışlara qarşı gündüz kremi SPF 15  və NovAge Ultimate Lift gündüz liftinq-kremi SPF 15

ÖZ FAKTORUNU BİL
SPF (Sun Protection Factor; günəşdən müdafiə faktoru) günəşdən müdafiə vasitəsinin dərini UVB-şüalardan nə dərəcədə müdafiə etməsini təyin edir. Vasitənin üzərindəki  rəqəm sizin dərinizə zərər vermədən nə qədər günəş şüaları altında ola biləcəyinizdən xəbər verir. Sadə formul: əgər sən günəşdə 10 dəqiqə olaraq yanmırsansa, SPF 15 bu vaxtı 15 dəfə artırır — 150 dəqiqə. Unutma ki, SPF zərərin yaranma riskini azaldır, yalnız qarşısını almır. Ona görə də hər iki saatdan bir sanskrin istifadə etməyini tövsiyə edirik.  

Tövsiyə edirik: Orifleymin günəşdən müdafiə vasitələri

BÜTÜN ÇİLLƏR EYNİLƏ FAYDALI DEYİLLƏR
Bilirdinizmi ki, çillər əslində günəşin dəriyə verdiyi zərərdən xəbər verir? Onlar malonsidlərin hüceyrələrdə daha çox melanin piqmenti ifraz etdiyindən sonra baş verirlər.  Melanin təbii olaraq dərini ultra bənövşəyi şüalardan müdafiə edir, ona görə də dəri təbii qaralma effektinə malik olur.  Özünü və yaxınlarını müdafiə et, həmişə günəşdən müdafiə vasitələrindən istifadə et. Xüsusi olaraq çillərin yaranma nahiyyələrinə — üz, çiyinlər və qollara fikir ver. 

Tövsiyə edirik: NovAge üz üçün çoxfunksional müdafiə kremi SPF 50

XALLARINI ÖYRƏN
Xallar həcimli və ya düz ola bilər. Onların üzərində tük bitə bilər və onlar müxtəlif formaya malikdirlər. Amma böyük ehtimalla xallar daha çox dairəvi olaraq açıq dərili insanlarda meydana gəlirlər. UVA və UVB-şüaların təsiri nə qədər çox olarsa xalların sayı və forması bir o qədər dəyişir. Günəşin birbaşa şüalarından uzaq ol, günəşdən müdafiə vasitələri bütün açıq nahiyyələrə istifadə et, xüsusi ilə də anadangəlmə ləkə və xallara diqqətlə yanaş. Əgər xalların rənginin və ya formasının dəyişməsini görürsənsə mütləq olaraq həkimə müraciət et. 

NƏ QƏDƏR LAZIMDIR?
Deyilənə görə, çoxları günəşdən müdafiə kremindən lazımı porsiyanın cəmi 25-50%-nı istifadə edirlər. Bu risk qrupuna daxil olma. Kiçik fincan – sənin günəşə çıxmamışdan 15 dəqiqə ərzində istifadə edəcəyin porsiyadır. Əgər sən aktiv tərləyirsənsə və ya üzürsənsə kremdən yenidən istifadə etməyi unutma. 

İSTİFADƏ MÜDDƏTİNƏ DİQQƏTLƏ YANAŞ
 Bütün günəşdən müdafiə vasitələrinin istifadə müddəti mövcüddur. Heç vaxt istifadə müdddəti bitmiş məhsuldan istifadə etmə ( adətən üç ildən sonra). Həmçinin vasitənin rəngi və konsistensiyası dəyişibsə, mütləq olaraq onu yenisi ilə əvəz et. 

DODAQ BALZAMINDAN İSTİFADƏ ET
Dodaq dərisi üz dərisi kimi günəş şüalarının zərərli təsirinə məruz qalır. Dodaqları qorumaq üçün SPF  müdafiə vasitələrindən istifadə et. Məsələn, Giordani Gold bərpaedici dodaq balzamı SPF 12

Mətn: Şəkil: Getty images