Kişi dərisinə qulluq etmək üçün 5 məsləhət

Əgər sən dəriyə qulluq üçün duş geli və təraşın olmağı ilə kifayətlənən kişilər siyahısındasansa, bir daha düşün. Sənin dərinə də özün kimi sevgi və qulluq vacibdir. Bizə inan.

1.DƏRİYƏ KOMPLEKS QULLUĞA ƏMƏL ET

Ona bilavasitə qulluq et. İdeal dəri vaxt və vasitə tələb edir. Özünə kosmetika almaqda utanacaq və ya gizlədəcək bir şey yoxdur. Bu o demək deyil ki, sən hamı kimi deyilsən. Əksinə, öz xarici görünüşünə diqqət yetirmək o deməkdir ki, sən müasir fikirli və ağlında tabular olmayan bir insansan.  Dörd sadə addım təmizlənmə, gözətrafı dəriyə qulluq, ətraf mühitin təsirindən müdafiə və nəmləndirilmə dərinizə qulluq etməyə kömək edəcək. Daha çox sübur lazımdır? Onda “Kişilər üçün kompleks qulluq" məqaləsini oxuyun.

Tövsiyə edirik: qırışlara qarşı NovAge Ecollagen kompleks qulluğu.

 


2.TƏRAŞ BİLİKLƏRİNİ MÖHKƏMLƏNDİR

Səhərlər dərhal üz təraşı sizin üçün rahat olsa da, dəriniz üçün olduqca çətindir. Düzgün təraş qaydalarını öyrənərək qıcıqlanma və kəsiklərdən qurtul. Qaydalarını nəzərinizə çatdırırıq:

  • Dəri məsamələrini yumşaltmaq və açmaq üçün təmizlənmiş dərini ilıq su ilə nəmləndir.
  • Dəriyə təraş köpüyü çək. O həssaslığı azaldaraq daha rahat təraşı təmin edir.
  • Tüklərin inkişaf istiqamətində təraş et və hər təraşdan sonra ülgücü yu.
  • Köpüyü ilıq su ilə yu. Daha sonra quru dəsmalla üzünü sil.
  • Preseduru təraş üçün balzam və nəmləndirici kremlə bitir. 
Tövsiyə edirik: Həssas dəri üçün köpük  və həssas dəri üçün krem.

3.HƏMİŞƏ SANSKRİNDƏN İSTİFADƏ ET

Biz hamımız günəşli günləri sevirik, lakin UB-şüalar dərini zədələyərək vaxtəndan əvvəl yaşlanmaya səbəb olur. Bu axı sənə lazım deyil! Mütləq eynək və papaqlardan başqa həmişə sankrindən istifadə et. Dərinin nəmləndirilməyə ehtiyacı varsa onu nəmləndirici vasitənin üzərindən, yoxdusa tək çəkə bilərsən. 

Tövsiyə edirik: Üz üçün SPF 30 NovAge müdafiə kremi və yüksək müdafiəli Sun Zone losyonu SPF 30. .

4. GƏLƏCƏYİ DÜŞÜN

Sən saqqalszı superdəbli görünə bilərsən, lakin bu uzun müddət sürməyəcək. Çünki yaşlandıqca dərin qırışlar vaxt ötdükcə dəridə daha çox nəzərə çarpan olur. Nə etmək? Dərinin cavanlaşması üçün məhsullardan istifadə etmək. 

Tövsiyə edirik: dəri mükəmməlliyi üçün kompleks qulluq NovAge True Perfection (25+) və qırışlara qarşı kompleks qulluq NovAge Ecollagen (35+) (35+).

5. SU İÇ VƏ NƏMLƏNDİRİCİ VASİTƏLƏRDƏN İSTİFADƏ ET

Nəmləndirilməyə ehtiyacı olan tək üz dərisi deyil. Bədənin də nəmləndiməyə ehtiyacı var. Fəal həyat tərzi ilə yaşayaraq tez-tez duş qəbul edirsən? Dəri və üz üçün nəmləndirici vasitələrdən istifadə etməyi adət et.  Həmçinin, kifayət qədər su iç! 

Tövsiyə edirik: bədən və əllər üçün qidalandırıcı krem "Süd və bal" – Qızılı seriya.

Mətn: Şəkil: Getty Images