SADƏCƏ PARILTI
Bir neçə həftəlik istirahətdən sonra olduğu kimi parlayan dəri əsil həsəd obyektidir. Lakin istirahət hələ ki, bir xəyaldırsa, hialuron turşusu tərkibli vasitələr selfilərdə ideal görünməyə kömək edəcək. Onun molekulları öz çəkisindən 1000 dəfə artıq nəmi özünə çəkir və öz daxilində saxlayır: dəri uzun müddət nəmlənmiş, yumşaq və elastik qalır.
İPƏK KİMİ
İlk qırışların fərqinə varırsan? Hialuron turşusu dəri relyefini hamarlamaqda sübut olunmuş bacarığa malikdir: o anında dəriyə möhkəmlik verir və yaşlanma prosesini zəiflədir.
BARYERƏ DOĞRU
Hialuron turşusu təbii nəmləndirici faktorları sırasına daxildir (NMF) – bu epidermis matrisində olan molekul kompleksi, dərinin nəmləndirilməsinə və nəmin dəridə saxlanılmasına cavabdehdir. Gənclik dövründə dəri özü kifayət qədər hialuron turşusu istehsal edir, yalnız zamanla onun miqdarı azalır. Dərinin müdafiə baryerini möhkəmləndirmək və nəmi daxilində saxlamağa kömək etmək üçün cəsarətlə onu üz baxımına daxil et.
HARADA AXTARMAQ OLAR?
Hialuron turşusunundan daha çox zərdablar hazırlanır, lakin sən maksimal effekti kompleks qulluq vasitələrini seçib istifadə etdikdə əldə edə bilərsən. Qırış əleyhinə Ecollagen Wrinkle Power [KJ1] zərdabının tərkibində aşağımolekullu hialuron turşusu var, hansı ki, xırda molekul ölçüləri sayəsində dəri təbəqəsində dərinə axır və daxildən nəmləndirir, qırışları hamarlayır və xarici görünüşünü yaxşılaşdırır.