Oriflame bitki gövdə hüceyrələri haqqında 6 fakt

Oriflame öz laboratoriyalarında gövdə hüceyrələrinin öyrənilməsini həyata keçirən yeganə birbaşa satış şirkətidir. Maraqlıdır? Ardını oxu!

1. BİTKİ GÖVDƏ HÜCEYRƏLƏRİ NƏDİR?

Bitki gövdə hüceyrələri yeni texnologiyaların köməyi ilə emal və konsentrasiya edilmiş təbii bitki ekstraktlarıdır.

2. ƏTRAF MÜHİTƏ ZƏRƏR VURMUR
Məqsədlərimizdən biri aktiv inqrediyentlərin davamlı istehsalıdır. Kosmetik vasitələrinin hazırlanması zamanı tez-tez ekzotik bitkilərdən istifadə olunur. Bu, ətraf mühitə mənfi təsir göstərir. Artıq biz yeni bitkiləri birbaşa laboratoriyamızda yetişdirmək üçün bitki gövdə hüceyrələri ekstraktlarından istifadə edə bilərik. Bu üsul bizi suvarmaq və məhsul yığmaq qayğısından uzaqlaşdırıb. Bu sabit və ekoloji təmiz üsuldur. Tərkibində bizə lazım olan maddələrin miqdarı çox olduğundan, bu bitkilər bizə az sayda lazım olur. 

3. DAİMİ TƏDQİQAT MƏNBƏYİ
Bitki hüceyrələri gövdə hüceyrələrinin alınmasının daimi mənbəyidir. Bu, bizə tədqiqatların aparılması üçün daim imkan yaradır. Biotexologiyanın son nailiyyətlərindən istifadə edərək biz minlərlə bitkinin gövdə hüceyrələrini tədqiq etmişik. Bu tədqiqatlar yaşlanma əleyhinə istifadə oluna bilən xüsusiyyətlərə malik maddələri aşkar etməkdə əvəzsiz rol oynayır.

4. TƏKRAROLUNMAZ XÜSUSİYYƏTLƏRƏ MALİKDİR
Bitkilərin gövdə hüceyrələri ekstraktlarının tərkibində onların əsas bitkilərinin tərkibi tam şəkildə əks olunur. Bu, həm ümumi inqrediyentlər, həm də təkrarolunmaz maddələrdir. Yaşəleyhinə məhsulların istehsalında biz məhz bu komponentlərdən istifadə edirik.

5. QABAQCIL TEXNOLOGİYALARDAN İSTİFADƏ EDİLMƏKLƏ HAZIRLANIR
Hər bir Oriflame kosmetik məhsulunun istehsalı Stokholmdakı Dəri Araşdırmaları Mərkəzində başlayır. Burada bizə rəqiblər üzərində üstünlük qazandıran çoxlu patentləşdirilmiş təkrarsız texnologiya var. Formulların yaradılması prosesində 160 yüksək ixtisaslı alim çalışır. Bu yeni texnologiyalar bizim Dublindəki məhsul hazırlanma mərkəzinin mütəxəssislərinə ötürülür. Orada onlar kosmetik vasitələrin mövcud reseptlərinin yenilənməsi və yeni reseptlərinin yaradılmasında istifadə olunurlar.

Məsələn, biz bitki materialının (bitki gövdə hüceyrələrinin) fotokimyəvi analizi üçün yüksək keyfiyyətli maye xromatoqrafiyasından istifadə edirik. O, nümunədə müxtəlif kimyəvi maddələrin miqdarını ölçməyə və bir-birindən ayırmağa imkan verir. Bu üsulla da biz effektiv və faydalı nümunələri aşkar edirik.

6. DƏRİNİN YAŞLANMASINA TƏSİR EDİR
Yaşlanma məsələlərinə həsr olunmuş təkrarsız AgeReflect tədqiqatının gedişində 1000-dən artıq qadını tədqiq edən Oriflame alimlərinə məlum olub ki, beş qadından dördünün görkəmi öz yaşına uyğun deyil. Bu tədqiqat dərinin 12 yaşlanma əlaməti haqqında təkrarolunmaz mənbəyin yaradılmasına imkan verib. Görkəmimizə təsir etməklə bərabər, bu əlamətlər dəriyə qulluq üzrə apardığımız kliniki sınaqların səmərəliliyin ölçülməsi üsuludur. Tərkibində bitki gövdə hüceyrələri ekstraktı olan NovAge məhsulları bu əlamətlərlə mübarizə aparmağa və yenilərinin yaranmasının qarşısını almağa kömək edir. Bu, sənin xarici görkəminin özünü hiss etdiyin yaşa uyğun gəlməsi üçün şərait yaradır. Axı sənin yaşın pasportundakı rəqəm yox, dərinin necə görkəmə malik olmasıdır.

Mətn: