QORUYUCU KREM İSTİFADƏ ET
Soyuq külək küçədə sənin dərinə mənfi təsir edə bilər. Əsas dəri qulluğunu dəyişmək vaxtıdır: lasyon əvəzinə şi yağı, hiyaluronik turşusu və ya vitamin E tərkibli dolğun nəmləndirici krem seçə bilərsən. Belə bir formul dərini bərpa edir, nəmləndirir və qoruyur. Həmçinin seriyası xoşumuza gəlir:
QAYNAR DEYİL, İSTİ VANNANI SEÇ
Bayırda temperatur nə qədər aşağı olarsa, bir o qədər çox vanna və ya duş qəbul etmək istəyirik. Lakin qaynar su dərini qurudur. Sağlam düşüncə №1: isti duş qəbul etmək, amma hər gün.
Sağlam düşüncə №2: prosedurdan sonra nəmləndirici krem istifadə etmək. Sağlam düşüncə №3: qaynar vannanı həftədə bir dəfə qəbul etmək, məsələn, istirahət günləri rahatlaşmaq istədikdə.
ƏLCƏK GEYİN (HƏMİŞƏ)
Əl dərisi quruduqda və kobudlaşdıqda heç kəsə xoş gəlmir. Ona görə də payız mövsümünə düzgün başla, əl üçün nəmləndirici kremi çantanda daşı və hər zaman əlcək və ya təkbarmaq əlcək geyin.
HAVA NƏMLƏNDİRİCİSİ AL
Dəri qıcıqlanmasına yalnız soyuq hava səbəb olmur. Kondisioner otaqda havanı qurudur, buna görə də iş üçün hava nəmləndirici almaq barədə düşün, tez-tez nəmli təmizlik apar və evdə batareyaların gücünü tənzimlə.
TƏDBİR GÖRƏgər bu hal artıq baş veribsə və dərinizdə qıcıqlanma yaranmışdır, təcili tədbir almaq vaxtıdır. Sənə NovAge seriyasından arnika və at şabalıdı ekstraktlı, qızartı əleyhinə üz kremi gərəkəcəkdir. Bu vasitə anında qızartını azaldır, üz dərisinin rəngini və dəri tonunu yaxşılaşdırır. Zamanla qızartı əleyhinə effekt daha çox nəzərə çarpır, dərinin qoruyucu baryeri möhkəmlənir.