Gözəlliyin sirri: zeytun yağı

Aralıq dənizi mədəniyyətini zeytun yağı olmadan təsəvvür etmək mümkün deyil. Bu tək qida əsasında deyil, həm də dəri və saçlar üçün mükəmməl vasitədir. Bu möcüzəli inqredientlə yaxından tanış olaq.

ZEYTUN YAĞI VƏ DƏRİYƏ QULLUQ

Zeytun yağı qədimdən dəriyə qulluq üçün istifadə edilmişdir. Təbii nəmləndirici dəri daxilinə dərin nüfuz edərək uzunmüddətli qorunması ilə təmin edir. Biz səni başdan ayağa qədər zeytun yağına sürtmək istəmirik, bunun əvəzinə quru dəri və günəş şüalarndan sonra istifadə etmək üçün zeytun tərkibli vasitələri məsləhət görürük.
 
Zeytun ekstraktı anti-yaş əleyhinə vasitələrin əksəriyyətinin tərkibində olaraq yüksək tərkibli antioksidant ,Vitamin A,E -lə zəngindir.

ZEYTUN YAĞI VƏ SAÇLARA QULLUQ

Tarix bizə hələ qədimdən insanların kondisioner əvəzinə zeytun yağından istifadə etmələri barədə öyrədir. Əfsanəvi Kleopatranın timsalında bunu daha aydın başa düşmək olar. Tərkibində olan yüksəq miqdarda antioksidant saç dərisini sağlamlığını saxlayaraq onu kəpıkdın azad edir. Çünki zeytun yağının tərkibində emolientlər – saçlarını yumuşaldan və parıldadan vasitə var. Bu gün sənə zeytun ekstraktlı yüzlərlə qulluq vasitələri təqdim olunur, ancaq istəsən zeytun yağını təmiz halda da istifadə edə bilərsiz. Zeytun yağını  azca qızdıraraq saçlarına çək və onları dəsmalla bağlayaraq yarım saat saxla.  Parlaq nəticə əldə etmək üçün  bir-neçə dəfə yaxala.

Mətn: Şəkil: Oriflame