Bu necə işləyir? Sirkad ritmləri

Gözün yuxuya gec gedir, gündüz isə özünü sınıq hiss edirsən? Yuxu və oyaqlıq dövrünü necə normallaşdırdığı və məqsədlərinə nail olmaq üçün daha çox enerjini necə əldə etməyi öyrən.

Sirkad bu nədir?

Sirkad ritmləri bədənimizdəki bütün prosesləri: hormonlar balansı, yemək vərdişləri, bədən istiliyi, maddələr mübadiləsi, yuxudan oyaqlığa keçidi tənzimləyən bioloji ritmlərdir. Hətta aktiv gündən sonra gözün yuxuya getmirsə, bu o deməkdir ki, sənin sirkad ritmlərin pozulubbu, melatonin  istehsalına təsir edib.

Güclü yuxunun əsas düşməni kimdir?

"Bir dənə də seriya - və yatmağa gedəcəyəm!" - özünə deyirsən və yenidən gecə yarıyadək sevdiyin serialı izləyirsən. Bu arada, orqanizmin ekran ışığından çaşıb və fiziki prosesləri yavaşlaşdıraraq yuxuya nə zaman hazırlaşmağa başlamağı başa düşmür. Müdrik təbiət bizim daxili ritmlərmizi gündüz işığında aktivlik üçün və gecə istirahət üçün qurub, lakin elektrik və qadjetlərin yaranması ilə hər şey dəyişdi. Qaranlıq yoxdur - yorğunluq və güclü yuxu hissi üçün cavabdeh olan melatonin istehsalı da yoxdur.

Bu bizim sağlamlığımıza necə təsir göstərir?

Axşam saatlarında süni işıq və rejimin olmaması uzun müddətlik perspektivdə kökəlməyə, ürək-damar xəstəliklərinə, əsəbliliyə, apatiyaya, konsentrasiyanın azalmasına və yaddaşın pisləşməsinə getirib çıxarırYaxşı xəbər – sadəcə həyat tərzini dəyişdirməklə onların qarşısını almaq olar.

Nə edə bilərsən?

1. Hər gün eyni vaxta uzan yatmağa: orqanizm tədricən vərdiş olacaq və özü özünü müəyyən saatda yuxuya tənzimləməyə başlayacaq.

2. Yatmazdan heç olmasa bir-iki saat əvvəl qadjetlərdən imtina et və ya və ya onları işıqlanmanı daha yumşaq və sarımtıl edən gecə rejiminə keçir. Kompüterdə işləmək üçün mavi işığı blok edən xüsusi eynək tax - melatoninin istehsalını pozan odur.

3. Tez-tez gün ərzində küçəyə çıx ki, orqanizm öz daxili saatlarını təbii işıqla uyğunlaşdırsın,

4.Gün çıömalarını qarşıla və gün batmalarını yola sal – belə etməklə sən orqanizminə öz taymerini qurmağa kömək edəcəksən. Və həm də inanılmaz gözəl və romantikdir - xüsusilə indi, yayda!

Mətn: Şəkil: Oriflame