Başlamazdan əvvəl təraşın dəri üçün böyük stress olduğunu xatırlatmağa icazə ver. Bəli, kişilərdə o qadınlarla müqayisədə daha yüksək sıxlığa görə daha sürətli bərpa olunur. Bəli, üz ülgüclərin təsirinə uyğunlaşır. Ancaq fakt fakt olaraq qalır: təraş təbii qoruyucu səddi pozaraq dərini günü gündən zədələyir.
Öz-özünə keçməyəcək! İdeal məhsulları tapana qədər qıcıqlanma, quruluq və soyulmalar səni təqib edəcək. Məqsədin sürüşməni yüngülləşdirmək, dəri və ülgüclər arasında qoruyucu bir təbəqə yaratmaq, təraşdan sonra isə sakitləşdirmək və sağalmanı sürətləndirməkdir
Əvvəlcə təmizlənmə - və bütün bəhanələrə yox!
Banal səslənir, amma təraş zamanı hazırlığın olmamasın özü elə hazırlıqdır. Müvəffəqiyyətsizliyə! Dərinin səthini daha hamar etmək üçün ölü hüceyrələri çıxarmaq vacibdir. NovAge Men üz yumaq üçün geli məsləhət görürük: tərkibindəki aşındırıcı hissəciklər həm dərindən təmizləyir, həm də dəri altına girmiş tüklərlə mübarizədə kömək edir.
Yalnız iti ülgücdən istifadə et
21-ci əsrdə ülgüclər hələ də ən bahalı və gülünc dərəcədə yüksək qiymətləndirilən fərdi qulluq məhsulu olaraq qalır. Ancaq bu o demək deyil ki, pas atana qədər bir ülgüclə təraş etmək olar. Kütlənmiş ülgüc tükləri arxasıca çəkir, baxmayaraq ki, onları yumşaq şəkildə qısaltmalıdır. Qıcıqlanma və iltihab təmin edilib!
Ülgüc biraz da olsa kütləşibsə, onu dərhal at. Təraş zamanı və təraşdan sonra isti su ilə yu - beləliklə onun ömrünü uzadacaqsan.
Hərəkətə keç!
Yorğun olsan və ya çox tələssən belə, ülgücün sabun xətiinə güvənmə və sevimli təraş gelini tətbiq et. Bizim favoritimiz - NovAge yeniliyidir. Razor Glide texnologiyalı gel suda həll olunan polimerlərdən qoruyucu mikro qat əmələ gətirir, ülgücə dəri üzərində kəsilmələrsiz və qıcıqlanmalarsız sürüşməyə imkan verir.
Tüklərin böyümsəsinin əks istiqamətində təraş daha effektiv deyil, daha ağrılı və travmatikdir. Amma yalnız istiqamət həttta üzün bir hissəsində də fərqli ola bilər - məsələn, yanaqda. Heç olmasa bir neçə gün tükləri rahat buraxsan onu asanlıqla müəyyənləşdirə biləcəksən. Unutmamaq üçün htta bir xəritə tərtib edə bilərsən!
Ulgücün üzərinə basma - bu, istehsalçının ülgücün dəriyə toxunduğu bucağı pozacaq. Saç kökündən kəsilməyəcək və dəri lazımsız zədələr alacaq. Ülgüclə bir-iki hərəkət et və dayan: əgər onda bir neçə bıçaq varsa, sən elə belə də artıq bir neçə dəfə eyni yerdən keçirsən.
Vanna otağını tərk etməyə tələsmə
Təraş bitdi - yenidən dəriyə qulluq etməyin vaxtı gəldi. NovAge təraşdan sonra sakitləşdirici krem-gel istifadə et: o, 24 saat nəmləndirmə təmin edəcək, dərini sakitləşdirəcək və enerji ilə dolduracaq, quruma və soyulmadan qaçınmağa kömək edəcək, regenerasiya sürətini artıracaq. Vaxtaşırı bir az tük və ya saqqal saxlasan da, bu vasitə sənə uyğun olacaq: gel tüklərə qulluq edir, onları daha yumşaq edir, sağlam və baxımlı görünüş bəxş edir.
İndi həqiqətən bitdi! Qaldı NovAge-in qalan komleksli qulluq məhsullarını tətbiq etmək və sən yeni günü təravətli, sağlam və qorunan dəri ilə qarşılamağa hazırsan.