Dərinin elastikliyini necə bərpa etmək

Araşdırmalar dəri elastikliyinin itkisinin əsas səbəbi kimi yaşlanmanı göstərir. Biz bu problemlərin qarşısını mümkün qədər almaq üçün dəri tətqiqat mərkəzinin direktoru Alen Mavonla danışdıq.

Dərinin elastikliyinin itirilməsi nədir?

Cavan olduqda dəri birləşdirici toxuma hüceyrələri - fibroblastlar - dərimizin hamar və elastik qalmağı üçün zəruri miqdarda kollagen və elastin istehsal edir. Lakin yaş ötdükcə hüceyrələrdə baş verən təbii dəyişikliklər, eləcə də ərtaf-aləmin zərərli təsiri - günəş işığı onların kollagen və elastin sintezini yavaşıdır. Nəticədə dəri elastikliyini itirərək sallanmağa başlayır.

BUNU NECƏ BƏRPA ETMƏK OLAR?

Retinol

Retinol, yaxud A vitamini çoxlu anti-yaş xüsusiyyətlərə malik olaraqdəriyə elastiklik verir. Retinol hüceyrələrin struktur hissəsi olaraq antioksidant müdafiəsi üçün məsuliyyət daşıyır, həmçinin dərinin daha cavan görünməyinə səbəb olur. Doktor avon qeyd edir ki, çox vaxt retinola anadangəlmə həssaslıq olaraq istifadədən sonra dəridə qızartılar əmələ gəlir. 

İnvasiya olunmayan prosedurlar

İnvasiya olunmayan prosedurlar daha mükəmməl nəticə almaq, yalnız cərrah bıçağından çəkinənlər üçün əlveriçlidir. Bu proseslərdən biri də Termajdır.
Cihaz texnikası kollagen istehsalını stimullaşdıraraq dəriyə yüksək təzliqli radio dalğaların təsir etməsinə səbəb olur. Bu proses daha çox ağrılı olduğu üçün Doktor Mavon bunun tərəfdarı deyil. ”Termaj prosesində kollagen qızır, ona görə də nəticənin kifayıt qədər uzunömürlü və effetli olduğuna inanmıram”.

AspartoLift

AspartoLift törəmə taxıl, toxum və qoz-fındığın tərkibinə daxil olan aspartik turşudur . Klinik tətqiqatların nəticəsinə görə AspartoLift cavanaşdırıcı fibroblast kollagen ifraz edərək dərinin elastikliyini artırır. Laborator testlər AspartoLiftin qüvvətli anti-yaş xüsusiyyətə malik olması və dəriyə 20 il əvvəki xüsusiyyətlərinə qaytarmağı sübut edir. AspartoLiftdə   retinolun bəzi insanlara göstərdiyi əks təsirlərinin heç biri yoxdur. Daha yüksək nəticələr əldə etmək üçün  dəriyə kompleks qulluq çərçivəsində UltimateLift  almağı məsləhət görürük.

Massaj

Müxtəlif massajlar daxil olan SPA-qulluq dəriyə müxtəlif müsbət təsirlər göstərək, onun elastikliyinin qaytara bilər. Masaj adətən özündə çənə xətti boyunca dairəvi hərəkətlər və maskaları birləşdirir. Doktor Mavon bildirir ki, bu prosedurlar üçün massaj salonlarına getməyə ehtiyac yoxdur: sən bunların hamısını özün ev şəraitində də edə bilərsən. "Daralma və üz əzələlərinin boşalma təlimatı fibroblastları stimullaşdırmaq və zərərliyin qarşısını almaq üçündür. Bu texnika elastikliyin saxlanılması üçündür.” Dərinin cavan qalmasının əsas sirri gün ərzində bir neçə dəqiqə üz üçün hərəkətlər və dəriyə kompleks qulluqdur!”


Mətn: Şəkil: Shutterstock