Stresin dəriyə təsiri

İclas, imtahan və ya romantik görüş – hətta heç zaman sızanaq, akne və dəri qıcıqlanmasından əziyyət çəkməsən də, bütün bunlar ən gözlənilməz vaxtda özünü biruzə verə bilər. Gəlin bunun niyə baş verdiyini və həlli yolları haqda danışaq.

Stress dəri qıcıqlanmasına, üz rənginin solğun olmasına və hətta üz qırışlarının yaranmasına səbəb ola bilər. Bu cür stressli halda üzünə tonal krem, korrektor çəksən, çoxlu maye qəbul etsən və hətta fastfuddan tam olaraq imtina etsən belə vəziyyət yaxşıya doğru dəyişməyəcək.

STRESS DƏRİYƏ NƏ CÜR TƏSİR EDİR?

Əsas günahkar kortizoldur. Biz stresslə qarşılaşanda, bədən  təhlükədə olduğunu düşünür və kortizol hormonunu azad edərək reaksiya verir. İlk  baxışdan dəhşətli heç nə yoxdu, lakin zaman keçdikcə kortizol daha çox sebum istehsal edən yağ vəzilərinin işinə təsir göstərir. Bu isə, öz  növbəsində, sızanaqlara səbəb ola bilər. Misal üçün, sənin üçün əhəmiyyətli hadisədən, imtahandan, görüşdən öncə. Uzun müddətli stress yalnız sebum istehsalının artmasına gətirib çıxarmır, həm də dərinin bərpasına mane olur, kollagen və elastinin hasilinə mənfi təsir edir, hətta mimik və dərin üz qırışlarının yaranmasına səbəb olur. Bundan əlavə, stress dərinin qoruyucu funksiyasına təsir edir və dəri ətraf mühitin mənfi təsirinə daha həssas olur.

BƏS İNDİ NƏ ETMƏK LAZIMDIR?

Xoşbəxtlikdən, vəziyyəti dəyişmək imkanımız var. Əvvəla, stressin səbəbini tapın. Daha sonra stress ilə necə mübarizə aparacağını düşün. Meditasiya, yoqa, düzgün nəfəs alma  - bu və digər  tətbiqlər vəziyyətin normallaşmasına kömək edəcək. Şamları yandır, üzünə maska çək və isti vanna qəbul et. Özünə vaxt ayır və istirahət et.

 

Mətn: Şəkil: Oriflame, Adobe Stock