Ətirlər əhval-ruhiyyəyə necə təsir edir?

Özündə əminlik yaratmaq, rahatlaşmaq və ya əksinə, iş notlarına köklənmək, ən yaxşı metod — düzgün ətri seçməkdir. Bizim bir-neçə variantımız var.

KƏDƏRİ UZAQLAŞDIR! 

Vanil və qızılgül notunu hamı bəyənir. Bu cür xoş ətirlər əhval-ruhiyyəni yaxşılaşdırmağa, bədəni sakitləşdirməyə, hətta bəzi tətqiqatlara görə isə alışlara marağı artırır. Nəyə görə də yox? Çünki şoppinq — həzzdir. 

DİQQƏTİ ARTIR

Qara istiot və limon kimi inqredientlər ağlın məntiqliliyini , iş qabiliyyətini və effektliliyini artırır. Yaradıcı böhrandır? Qara və ya qırmızı istiot akkordlu sitrus ətri al və işlər daha sürətlə gedəcək!  

RAHATLANMAĞA KÖMƏK ET

Dolğun ətirlər bir qayda olaraq, rahatlıq hissi yaradaraq və rahatlamağa kömək edir. Məsələn, məkan hissi haratmaq üçün sitrus notları olan, məsələn, aloe vera, portağal və ya xiyar notlu ətirlərə üstünlük ver. Əks effektə nail olmaq üçün isə odunu və şərqi kompozisiyalar lazımdır.  

HİSSİYYATI ARTIR

Hissləri oyadaraq cazibədarlığı artırmağa afrodiziak effektli ətirlər kömək edəcək. İlanq-ilanq, səndəl, jasmin, zəncəfilberqamont qoxuları afrodiziaklardır. Bu notlarla olan ətir seç və effektindən həzz al. 

ƏMİNLİK VERMƏK

Hissləri oyadaraq cazibədarlığı artırmağa afrodiziak effektli ətirlər kömək edəcək. İlanq-ilanq, səndəl, jasmin, zəncəfil və berqamont qoxuları afrodiziaklardır. Bu notlarla olan ətir seç və effektindən həzz al. 


ƏMİNLİK VERMƏK

Səhləb çiçəyi və səndəl notları ənənəvi olaraq özündə əminlik yaratmaq üçün istifadə olunur. Məsələn – cütlüklər üçün yeni Possess The Secret ətirləri. Qadınlar üçün olan ətrin yaradılmasına ətriyyatçını almaları qoruyan ilahə haqqında əfsanə ilhamlandırdı. Bu meyvələr digər tanrılara güc və özünə əminlik  verərək onları qələbəyə kökləyirdi. Kişilər üçün Possess The Secret Manətri isə ildırım və qasırğalar tanrısı olan Toradan ilhamlanaraq yaradılıb. Ona görə də Tora güc və enerjini silvolizə edir. Yeni Possess The Secret kolleksiyasında Tora və İdunnun əsas sirrləri öz əksini tapıb. Onların gücünü hiss et!

Mətn: Şəkil: Getty Images