Ayrilmaz dostlar: Dostluğun faydası haqda 3 fakt

Dostlar bir ailədir və onları biz özümüz seçirik. Ruhən bizə yaxın insanlar həyatımızı dolğun edirlər: həyatımıza yeni ideyalar, planlar, arzular və xoşbəxt anlar gəlir. Əslində əsl dostluğu dəyərləndirmək üçün səbəblər daha çoxdur. Biz onlardan üçünü tapdıq.

1. BİZ DAHA GÜCLÜ OLURUQ

Alimlər deyir ki, möhkəm dostluq əlaqələri bizim fiziki və mənəvi durumumuza idman və sağlam qida ilə eyni dərəcədə təsir edir. Əsl dostluq qan təzyiqini və xolesterinin dərəcəsini azaldır, stresslərə daha tez qalib olmağa və xəstəliklərdən daha tez qurtulmağa kömək edir, daxili harmoniyamız üçün isə yaxın qohumlarımıza bəslədiyimiz isti münasibət ilə eyni əhəmiyyət daşıyır.

2. BİZ DAHA ÇOX HƏYATDAN ZÖVQ ALIRIQ

İşdə stress, xəstəliklər, yorğunluq, yaxınlarımızdan ayrılıq - nə olur olsun dostlar hər zaman yaranmış vəziyyətə digər, gözləmədiyimiz baxış bucağından baxmağa kömək edəcəklər. Məhz belə problemin ən yaxşı həlli yolları yaranır! Səmimi söhbətlər və gülüş isə neqativ emosiyaların qalıqlarını silib yox edir. Həyatın qara zolaqlarını səni tanıyan və yaxşı bilən insan ilə keçmək daha asandı. Yaxın dostlar səni bütün psixoloqlardan və qəmli filmlərdən daha yaxşı dəstəkləyəcəklər. Onlar asanlıqla lazımi sözləri tapırlar və hər şey keçmiş olanda səmimi qəlbdən bizim uğurlarımıza sevinirlər.

3. BİZ UĞURLARA NAİL OLURUQ

Əməkdaşlıqdan tutmuş evliliyə qədər insanlar arasında bütün münasibətlər dostluqdan balşayır. O, fərqli insanlar ilə dialoq qurmaq vərdişini inkişaf etdirməyə kömək edir: hətta bizim dünya görüşümüzə tam zidd olan insanlarla dil tapmağı öyrənirik. Əsl dostluq “1+1=11” düsturu əsasında formalaşır: siz bir birinizlə ideyalarınızı bölüşürsünüz və bir birinizə arzularınıza daha tez çatmağa kömək edirsiniz. Belə dostlarla bütün günü boş-boş divanda əyləşib çips yemək mümkün deyil: sən şəxsiyyət kimi inkişaf edirsən və daha çox kömək etməyə, əliaçıq olmağa və xoş əməllər etməyə səy göstərirsən. Bir tərəfdən dostluq bizi daima komfort sahəsindən uzaqlaşmağa sövq edir, amma digər tərəfdən böyük şəhərlərin səhralarında məhz o istilik və sakitlik vahəsinə və gərgin iş günündən sonra rahatlıq əldə etmək üçün təhlükəsiz məkana çevrilir.

Redaktorun tövsiyəsi

Ən yaxın rəfiqənə hədiyyə bağışlamağın özü də bir xoş haldır. Hədiyyə seçimi çətin olmayacaq, axı sizin çoxlu oxşar cəhətiniz var: sevimli filmləriniz, musiqi, restoranlar, geyim zövqü. Siz o qədər yaxınsınız ki, hətta ən intim hədiyyələrdən biri olan ətiri belə onun üçün seçə bilərsən.
“Miss Batterflay” zinniya notlu Friends World for Her-ə diqqət yetir - o, dostluğunuzun gücü haqda sözlərdən daha çox əhəmiyyət kəsb edəcək. Zinniya öz qurtarmaq bilməyən çiçəklənməsi ilə məşhurdu: bir qöncəni kəsmək yetər ki, yerində bir neçə yenisi yetişsin. Eyni şəkildə əsl dostluq da sınaqlardan keçdikdə daha güclü olur. Friends World for Her gülərüzlü xanıma uyğun gələcək, axı o xoşbəxtlik qoxulayır: şaftalı, güllər, vanil və isti ağac bazası. O, mütləq bəyənəcək!

 

Mətn: Şəkil: Getty Images