İsti lampa işığı: qədjetlər sağlamlıq və gözəlliyə necə təsir edir.

Hər gün istifadə etdiyimiz noutbuk, smartfon, aypəd və digər qadjetlərin adı pis çıxıb. Deyirlər ki, mavi işıq insan orqanizminə mənfi təsir göstərir. Doğrudanmı? Gəlin araşdıraq!

1. O, HƏR YERDƏDİR. 
Mavi işığın mənbəyi yalnız kompüterlər, planşetlər, mobil telefonlar və ya televizorlar deyil. Mavi işığın əsas mənbəyi – günəş işığıdır. Günəş şüası ultrabənövşəyidən tutmuş infraqırmıziyadək bütün göy qurağı spektrini əhatə edir, mavi isə bu spektrin böyük hissəsini tutur. Faktiki olaraq, mavi şüalar insan gözüylə görünən günəş işığının 1/3 hissəsini təşkil edir. Yeri gəlmişkən, səmanın mavi görünməsinin səbəbi məhz budur.

2. BİR AZ NƏZƏRİYYƏ
Yaşıl və ya qırmızıdan fərqli olaraq göy işıq kiçik dalğa uzunluğu və yüksək rəqs tezliyinə malikdir. Bu o deməkdir ki, göy işığının yalnız bir hissəsi gözün dibinə çatır. Onun böyük hissəsi yayılır və təsvirin aydınlığı kiçik olur. Hər gün ekran qarşısında keçirdiyimiz saatları nəzərə alsaq, gözlərimizin daim təzyiq altında olduğunu görərik. Nəticədə başımız ağrıyır və biz tez yoruluruq.

3. İNDİ YATACAM
Artıq çox gecdir, sən isə smartfondan ayrıla bilmirsən. Smartfonu söndürdükdən sonra isə uzun müddət yuxa gedə bilmirsən. Vəziyyət sənə tanışdır? Burada təəccüblü heç nə yoxdur, çünki mavi işıq – məşhur yuxu pozucusudur. İnsan orqanizmi mavi işığa qarşı çox həssasdır. Mavi işıq insanın yuxusunu, insanın oyaq olduğu müddəti və insan orqanizmində baş verən bəzi təkrarlanan hadisələri tənzimləyən insanın daxili "saatına" müdaxilə edir. Biz bir-birimizdən fərqliyik. Birimizin mavi işığa qarşı həssaslığı az, digərimizin isə çoxdur. Lakin yatmazdan əvvəl smarfon və ya kompüterdən istifadə etsən, orqanizmdaxili bioritmlərin pozulması baş verə bilər. Gecələr smartfon işlətməyin daşını necə atmalı? Səhər necə oyanacağın haqda düşün və smartfonu kənara qoy!

4. HƏR ŞEY O DƏRƏCƏDƏ PİS DEYİL
Bütün bunlara baxmayaraq, mavi işığın müsbət xassələri də var. Sübut olunub ki, o, insanın zehni funksiyalarını və əhval-ruhiyyəsini yaxşılaşdırır. Bundan əlavə, mavi işıq orqanizmin sağlam bioritmini dəstəkləyir. Lakin günəş altında gəzmək imkanı varsa, onu əldən vermə.


5. 
MƏNFİ TƏSİRİNİ NECƏ AZALTMALI?
Bu sualın mükəmməl və çox sadə cavabı qadjetlərin daha az istifadəsi ilə bağlıdır. Qadjetlərdən istifadə zamanı gözlərdəki quruluq hissinin qarşısını almaq üçün gözlərini tez-tez qırp. Digər üsul: smartfon, planşet və ya kompüter ekranı üçün xüsusi qoruyucu filtr əldə et. Bu filtr ultrabənövşəyi şüaların mənfi təsirini azaltmaq və dərinin erkən yaşlnmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdur. Daha bir üsul: üz üçün SPF 50 NovAge çoxfunksiyalı müdafiə kremi. UVA/PA++++ filtrli bu krem insan dərisini UVA və UVB şüalarının mənfi təsirindən qoruyur.

Mətn: