Multivitaminlər nəyə görə lazımdılar?

Səndə pəhrizində orqanizmə gündəlik lazım olan minerallar və vitaminlər varmı? Yəqinki bu belə deyil, ona görə də - multivitamin komplekslərin faydalı xüsusiyyətləri haqqında oxu!

MULTİVİTAMİNLƏR NƏDİR

Multivitaminlərinsan orqanizminin istehsal edə bilmədiyi, lakin mütləq olaraq qidayla birlikdə qəbul etməli olduğu tabletlər formasında vitaminlər və minerallardır. Minerallar və vitaminlər qəbulu sənin pəhrizinin dayandırılmalı olduğunu bildirmir. Lakin istənilən pəhrizdə əvəzolunmaz element sayılır. 

MULTİVİTAMİNLƏR MƏNİM SAĞLAMLIĞIMA MÜSBƏT TƏSİR GÖSTƏRƏCƏKMİ?

Sağlam qidalanma orqanizmin əsas tələbatlarını ödəməlidir, bu halda vitaminlər yalnız qida əlavəsi formasında təsir edir. Velnes Pek”  multivitamin kompleksi isə orqanizmin sağlamlığı və qayğısı üçün 12 vitamindən, 10 mineraldan hazırlanmışdır. Bununla yanaşı onların tərkibində beynin normal fəaliyyəti üçün lazım olan doymamış yağ turşuları, orqanizmi enerji ilə təmin edən vitamin B və immunitetin sağlamlığı üçün vitamin D mövcüddur.

 


MULTİVİTAMİNLƏRİN GÜNDƏLİK QƏBULU TƏHLÜKƏSİZDİRMİ? 

Qeyd etməliyik ki, gündəlik multivitamin qəbulunda vitamin və mineralların sayı orqanizmin gündəlik təlabatından nə çox, nə də az olmamalıdır. Beləki təlimatlara və dozaya riayət etmək lazımdır. Əgər multivitaminlərin hansı dozada sənə lazım olduğunu bilmirsənsə, öz həkiminlə məsləhətləşə bilərsən. 

MULTİVİTAMİNLƏR DƏRİMİN VƏZİYYƏTİNİ YAXŞILAŞDIRACAQMI?

Dəri vəziyyətini yaxşılaşdıran inqredientlər qayda olaraq multivitaminlərin də tərkibinə daxildir. Məsələn, С vitamini – bu güclü antioksidləşdirici dərinin hamarlığı və cavanlığını saxlayan kollagen istehsalında mühüm rol oynayır.

MULTİVİTAMİNLƏR YORĞUNLUQLA MÜBARİZƏ APARA BİLİRMİ?

Yorğunluğun səbəbi müxtəlif ola bilər: stress, pis əhval-ruhiyyə, qidala alergiyası, xəstəlik və əlbəttə ki, yuxu çatışmazlığı. Multivitamin kompleksi yorğunluğu həll edə bilməsi nəzərdə tutulmasına baxmayaraq kömək edə bilər.  Kompleksin tərkibindəki dəmir oksigenin orqanizmdə dövranını yaxşılaşdırır, maqnezium isə enerji tələbatına cavab verir. Həmçinin multivitamin kompleksləri immuniteti artıraraq yorğunluqla müşayiət olunan xəstəliklərin qarşısını almağa kömək edir.  


ÇOX MƏŞQ EDİRƏMSƏ, MƏNƏ MULTİVİTAMİNLƏR LAZIMDIRMI?

Multivitaminlər sizin pəhrizinizdəki boşluqları doldurmaq üçün nəzərdə tutulmuşdur – heç bir məşq buna qadir deyil. Həmçinin multiviyaminlərin tərkibində məşqdən sonra orqanizmin normal bərpası üçün kalsiya, maqnezium və vitamin D mövcüddur. Həmçinin, multivitaminlər idmançılar üçün mütləq olan ağ ciyərlər və ürəyə yaxşı təsir edir. 

 




Mətn: Şəkil: Kristine Wreyford, Shutterstock