Immun sistemini qışa necə hazırlamaq?

Qış artıq yaxınlardadır! Ona görə orqanizmi, xüsusilə də immun sistemini soyuqlara hazırlamaq vaxtıdır. Biz bunu necə etməyi başa salacayıq.

PROBİOTİKLƏR

Orqanizmi qışa hazırlamaq üsullarından biri
 – qida ilə qəbul olunan probiotiklərin sayını artırmaqdır. Probiotiklər – həzm prosesini yaxşılaşdıran və bağırsaqların sağlamlığına cavab verən mikroorqanizmdir. Sənin immun sisteminin böyük hissəsini bağırsaqlarda mövcüd olduğunu nəzərə alsaq onun düzgün işlənməsi üçün vacib bakteriyaların olması mütləqdir. Probiotikləri qida məhsulları olan yoqurt, qatıq və kələm turşusunda mövcüddur.  

BALANSLAŞDIRILMIŞ QİDA

Qidalanma haqqında danışırıqsa
immuneteti artıran və orqanizmin sağlamlığına təsir göstərən qış rasionunu unuda bilmərik. Orqanizminizi vacib vitamin və minerallarla təmin etmək üçün biz gün ərzində müxtəlif meyvə və tərəvəzlərin qəbulundan ibarət olan göyqurşağı pəhrizinə əməl etməyi tövsiyə edirik. Bu pəhrizin əsas prinsipi ondan ibarətdir ki, meyvə və tərəvəzlərin rəngləri nə qədər müxtəlif olarsa, pəhrizin təsiri bir o qədər yüksək olar. Həmçinin protein qəbulunu da unutma: taxil bitkiləri, ceviz və tumlar.

Bununla yanaşı qaçılması lazım olan qidanı da unutmaq olmaz. Qida rasionundan ikinci emal məhsullarını, şəkər və duzun azaldılması ilə orqanizminə çox fayda verə bilərsən. 

SAĞLAM YUXU 

İstirahət günlərində çox yatmağı sevirsən? Biz də! Xüsusilə də qış aylarında. Bəs bilirsən nəyə görə?  Çünki, yuxu çatışmazlığında əziyyət çəkən insanlar gündəlik yuxu normasına əməl edən insanlara nisbətən daha çox xəstələnirlər. İnsana gün ərzində 8 saatdan az olmayaraq yatmaq mütləq lazımdır. Bu müddət ərzində orqanizmimiz gücünü bərpa edərək xəstəliklərlə mübarizə aparır. Ona görə də səhərlər yatağından qalxmağa tələsmə. 


KİFAYƏT QƏDƏR SU 

Yay aylarında orqanizmində maye balansını normada saxlamaq çətin deyil: çünki bədənimiz bunu özü tələb edir. Lakin havalar soyuduqca daha az maye qəbul etməyə başlayırıq, baxmayaraq ki, orqanizmin tələbi yayda olduğu kimi eyni qalır. Suyun əsas komponentini əsas tərkibi lenfositlərdən ibarət olan linfalardan təşkil olunur.  Ona görə də su içməyi unutma – su sağlamlığı qoruyur!

VİTAMİNLƏR 


Biz vitaminlər və onların insanın immun sisteminə təsiri haqqında artıq sağlam qidalanma bölməsində danışmışdıq. Xüsusilə də bu C və D vitaminlərinə aiddir. C vitamini antioksidant olaraq sərbəst radikallarla mübarizə aparır və öz hüceyrələrini onlardan qoruyur. D vitamini orqanizmdə müxtəlif infeksiyalarla mübarizə aparan T-linfositləri ( və ya T-hüceyrələri) fəallaşdırırlar.  Beləki, bu vitaminlərin hər ikisi orqanizmin sağlamlığı üçün çox vacibdir. C vitamini meyvə və tərəvəzlərin tərkibində mövcüddür.
D vitamini isə günəş şüaları ilə hasil olunur. Bunlarla yanaşı insanların çoxu bu vitaminlərin çatızmazlığından əziyyət çəkir. Ona görə də orqanizmi bu vacib vitaminlərlə təmin etmək üçün vitamin kompleksi qəbul etmək mütləqdir – xüsusilə də qış mövsümündə!

Orqanizminə soyuqlara hazırlaşmağa vitamin kompleksi qadınlar üçün “Velness Pek”kişilər üçün “Velness Pek” ilə başla.





Mətn: Şəkil: Getty Images