Avokadonun faydalı xüsusiyyətləri haqqında

Oriflame-in hansı məhsullarında avokado yağını aşkar etmək olar və onun dəriyə və saçlara qulluq zamanı nə cür fayda verməsi haqda danışırıq.

AVOKADO YAĞININ FAYDALI XÜSUSİYYƏTLƏRİ
Avokado yağı yumşaldıcı maddələri və E vitamini ilə məşhurdur. O, dərindən dərini nəmləndirir və qidalandırır, yumşaqlıq və hamarlılıq verir, həmçinin saçların təbii parlaqlığını bərpa edir. Bədən və saçlar üçün Love Nature yağını çəkmək sadəcə bir həzzdir - o, tezliklə dəriyə hopur, yapışqan iz qoymur və dəriyə yüngül ətir verir.

DÜZGÜN İSTİFADƏ QAYDASI: Bir damcı yağı ovucuna tök, əllərini bir birinə sürt və saçların uzunluğunun ortasından başlayaraq uclarınadək çək, daha sonra gərək olsa dəsmal ilə qurula. Su ilə yuma. Yağ saçına hopanadək dərin qidalanmanı təmin etmək üçün Sağlamlıq və gözəllik üçün Avokado yağını çək.
 

ƏLLƏR ÜÇÜN
Avokadonun tərkibində nəmləndirici xüsusiyyətlərə malik, dərini yumşaq və hamar qoruyub saxlanması üçün faydalı yağlar və dərinin qocalmasının qarşısını alan, dərinin elastikliyini artıran və üz qırışlarının əmələ gəlməsini əngəlləyən antioksidantlar var. Avokado yağı əsasında hazırlanmış əllər üçün nəmləndirici kremi həmişə özün ilə, iş masanda və hamam otağında saxla. Dərin hamar və gözəl olacaq!

AYAQLAR ÜÇÜN
Avokadonun doğal cövhərləri ayaqlar üçün kremin formulunda da öz yerini tapıb. Tərkibində avokadonun və aloe veranın doğal cövhərləri olan Feet Up Comfort ayaqlar üçün nəmləndirici krem hətta ən qaba dərini yumşaldacaq. Daha böyük effekt üçün yuxudan öncə istifadə et və yatarkən corabları gey.

DUŞ ÜÇÜN
Bədənin dərisinə qulluq etmək və ətirin davamlılığını artırmaq məqsədilə duş üçün yumşaldıcı krem və sabundan istifadə et.
Qeyd edək ki, Love Nature aid bütün məhsullar bioloji bölünməyə məruzdur. Bu o deməkdir ki, bu məhsullar təbii yolla bölünür və ətraf mühitə heç bir zərər vermir. Love Nature seriyasının dünya okeanının xilasında iştirakı haqda daha ətraflı məlumat al.

 

 

Mətn: Şəkil: Oriflame