Ətraf mühitin dəriyə təsiri

Ətraf mühitin çirklənməsi günəş şüalarından sonra dərinin ikinci düşmənidir. O vaxtından əvvəl yaşlanmaya, qırışlara, piqmentasiya və qızartılara səbəb olur.

2010-cu ildə The Journal of Investigative Dermatology («Dermotologiya üzrə tədqiqatlar») jurnalı iri şəhərlərdə və kənd yerində yaşayan yetkin qadınların dəri vəziyyətini müqayisə edən tədqiqatını dərc etmişdir. Şəhərdə yaşayan qadınlarda hiperpiqmentasiya və qırışlar 22% daha çox idi. Bunun səbəbi nədir? Cavab çox sadədir: ətraf mühitin çirklənməsi. 

Sən şəhərdə yaşayırsansa, avtomobil tullantıları, kondisioner və sənayedə işlənmiş qazın qarşısını almaq mümkün deyildir. Digər tərəfdən, dərini müdafiə etmək üçün bir neçə profilaktik üsul vardır. 

Ən əsası təmizlənmədir. O dərini çirkdən təmizləyir və onun nəfəs almasına şərait yaardır. Dərinin təmizlənməsi üçün apparatdan istifadə edərək isə gözlə görünməyən çirkləri təmizləyə və dərini daha dərin təmizlənmə ilə təmin edə bilərsən. Çirkli şəhərdə havada daha çox azad radikallar olur. Zərərli UB-şüalarma ilə onlar dəridə kollagen istehsalının azalmasına səbəb olur və nəticədə qırışlar əmələ gəlir və dəri daha kobud görünməyə başlayır. Ontioksidantlar bu vəziyyətdən çıxış ylu tampağa kömək edəcəklər. 

"Sən papaq və ya çətir altında çirklənmiş havadan gizlənə bilməzsən, buna görə də sənə yaxşı müdafiə lazımdır."

Antioksidantlar azad radikallarla mübarizədə güclü vasitədir, onların mənfi təsirini sənin rasionunda sitrus, giləmeyvə və kök olmalıdır, çünki onlar A və C vitaminləri ilə zəngindirlər. Əlavə olaraq antioksidantlardan ibarət qida əlavələri — İsveçin sahillərində əldə olunan şirin sulu yosunlardan hazırlanmış güclü antioksidantlar qəbul et. Nəhayət, dəriyə nəmliyini daxildə saxlamağa, hücyrələri bərpa etməyə kömək edərək müdafiə baryeri yaradan və antioksidantlarla zəngin zərdablardan istifadə et.  

Həmçinin nəmlənməni də unutmaq olmaz. Dərin nə qədər yaxşı nəmləndirilsə, o zərərli toksinlərlə bir o qədər asan mübarizə aparacaq. Sən papaq və ya çətir altında çirklənmiş havadan gizlənə bilməzsən, buna görə də sənə yaxşı müdafiə lazımdır. İpək akasiyası ekstraktından ibarət qidalandırıcı krem (məsələn, True Perfection dərinin mükəmməlliyi üçün nəmləndirici gündüz kremi) dərini müdafiə və əlavə nəmlənmə ilə təmin edir. Gecə kremi isə dərinin təbii yolla yenilənməsi prosesini sürətləndirir. 


Mətn: