Parlaq təbəssüm üçün 9 məsləhət

Deyirlər, təbəssüm keçici ola bilər. Lakin bütün insanlar bunu ətrafdakılarla bölməyə hazır deyillər. Əgər dişlərin sənə gülməyə mane olursa, bizim 9 məsləhətimiz bunu dəyişməyə kömək edəcək!


1. Dişlərini səhər və axşam hər dəfə ən azı iki dəqiqə fırçalamağı unutma. Minanın ləkələnməsi ilə mübarizə aparan və bəyaz təbəssümü təmin edən ağardıcı diş məcunlarını seç.

2. Gəl açıq danışaq: sənin diş fırçanın həyatı üç aydan çox sürməməlidir. Tükləri yumşaldıqda və işlənmiş göründükdə yeni fırça almağın zamanıdır!

3. Yəqin eşitmisən ki, qəhvə, çay, şirələr və qırmızı şərab diş minasının rənginə mənfi təsir göstərir. Onların təsirini azaltmaq üçün əla çıxış yolu var - çöp vasitəsilə içmək. Bəli, barda sən bir qədər qəribə görünəcəksən, lakin sənin təbəssümün hər kəsi valeh edəcək.

4. Baxmayaraq ki, sitrus faydalı maddələrlə (məsələn, vitamin C) ilə zəngindir, portağal və qreypfrutun tərkibindəki meyfə turşusu diş minasını dağıda bilər. Belə zərərin baş verməməsi üçün yedikdən sonra mütləq ağzını isti su ilə yaxala.  

5. Dilin təmizlənməsinin dişlərin təmizlənməsi qədər vacib olduğunu bilirsənmi? O yalnız ağızdan pis qoxunun gəlməsinin qarşısını almır, həmçinin diş minasının tündləşməsinə səbəb olan bakteriyaları yox edir. 

6. Baxmayaraq ki, soda ev şəraitində dişləri ağartmaq xüsusiyyəti ilə məşhurdur, ondan da çox istifadə etmək olmaz. Soda ərplə bərabər minanı da apararaq ciddi problemlərə səbəb ola bilər.  

7. Çiy meyvə və tərəvəz yalnız sağlamlığın üçün xeyir deyil, onlar həmçinin ağızın gigiyenası üçün faydalıdırlar. Belə qidanı çeynəyərkən tüpürcək vəzilərinin fəal işinə kömək edirsən, bu isə dişlərinin daimi təmizlənməsini təmin edir.   

8. Təbəssümün və sağlam dişlərinin qayğısına qal və hər altı aydan bir stomotoloqa baş çək. Biz anlayırıq ki, diş həkiminə getmək bir o qədər də xoş deyil, lakin peşəkar təmizləmə dişlərini daha uzun müddət sağlam saxlamağa kömək edəcək. 

9. Vizajist komandamızdan məsləhət: qırmızı, tünd çəhrayı və gavalı rəngli dodaq boyaları vizual olaraq dişləri daha açıq göstərir. Nə üçün? Dodaq boyasının mavi yarımtonları dişlərin üzərindəki sarı ləkələri neytrallaşdıraraq bəmbəyaz aprıltı illüziyası yaradır! 



 
Mətn: