Olfaktor səyahət: İsveçin təəcübləndirici təbiətini kəşf et

Ətirlər bir anlığa bizi başqa yerə köçürməyə və, qısa müddətlik olsa belə, gündəlik qayğılardan yayındıra bilər. Biz əminik ki, yeni .SE Swedish Experience parfüm kompozisiyaları çoxdan arzuladığın səyahətlərə qarşı yeni hisslər və ehtiras oyadacaq.

Uşaqlıq üçün nostalji hissləri oyadan konfetlərin qoxusu kimi, .SE Swedish Experience kompozisiyaları içindəki səyyahı oyadır. Bəli, bu gün sən göllərin, sıx meşələrin və ya İsveçin qumlu çimərliklərinin gözəlliklərindən canlı olaraq həzz almırsan, lakin asanlıqla bu ölkənin ilhamlandırıcı guşələrinə virtual səfərə gedə bilərsən — yeni .SE Swedish Experience Wild Hearts və Swedish Experience Blazing Warmth parfüm suların sayəsində.

Ay işığında qatı duman ilə örtülmüş sərin gölə qərq olma

Gözlərini bağla və ay işığında səni sərin və sirli gölə aparacaq yabanı rozmarinin gözlənilməz ətri ilə nəfəs al. Parfümeriya kompozisiyasının mərkəzi komponenti olan yabanı rozmarin İsveçin su-bataqlıq yerlərində yetişir, biz elə oraya getməyə hazırlaşırıq.

Suya girdiyin zaman saçlarında təravətli küləyin olması hissi sənə tanışdırmı? Məhz Stigsbo şəhərindən olan yabanı rozmarinlə .SE Swedish Experience Wild Hearts ətiri bu hissləri yenidən yaşamağa kömək edəcək.

Meşədə gəziş və alovlu tonqalların istiliyini hiss et

Şəhəri tərk et və meşəyə get — oraya ki, harada dəridə günəş şüaları hiss olunur, yarpaqların sakit xışıltısı, çiçəkləyən pijmanın təravətli ətri və portağal qabığının sitrus notları tonqalın tüstüsü ilə qarışır. Məhz budur səni nikbinlik və sevinc hissi ilə dolduran .SE Swedish Experience Blazing Warmth ətiri.

İsveç meşəsində gəzdiyin zaman tozağacları ilə əhatə olunursan — onların dərin isti ağac ətri ilhamlandırır. Və budur, sən, elə bil, təsadüfən qatı məşədə azmış kimi tonqalın yanında oturursan və şimal xalqlarının mahnılarını oxuyursan. Əmin-amanlıq və sakitlik dalğasının səni necə əhatə etdiyini hiss etməyə hazır ol, və sən təbiətlə və onun ünsürləri ilə birləşirsən.

Deyirlər ki, meşədə gəzinti ağıl və bədəni müalicə edir, lakin .SE Swedish Experience Blazing Warmth parfüm suyunun komponentləri də oxşar effektə malikdir, o, ilk notlardan şüurluluğu oyadır.

 

Qızıl saatdan zövq al və çəmənlik güllərini yığ

İsveçlilər uzun yay günlərini əbəs yerə sevmirlər, o vaxtı ki, qızıl günəş işığının istisi bir anda qürublu səma ilə birləşir.

Uppsal şəhərciyinin yaxınlığında, Hammarbü malikanəsində inanılmaz bağda .SE parfüm kompozisiyaları ilə sehirli atmosferə qərq ol — çəmənlik güllərinin, ətirli mirrisin və pijmanın likör ətri birbaşa ürəyə təsir edəcək.

.SE Swedish Experience parfüm suları — İsveçin möhtəşəm təbiətinə ani qərq olmaqdır. Oriflame təkcə təbiətdən ilhamlanmır, həm də məsuliyyətli seçim edir. Yeni .SE Swedish Experience ətirlərin qablaşdırılmasının hər bir elementi təkrar emal oluna bilər, flakonlar isə 100% təkrar emal olunmuş şüşədən hazırlanıb.