Yüksəkeffektli insanların yeddi vərdişi

Uğurlu sahibkarların hamısı eyni xüsusiyyətlərə sahibdirlər — ideyanı imperiyaya keçirmək. Onlar bunu necə edir? Onlara nə kömək edir? Yeddi ən uğurlu Rus və xarici tanınmış insanların vərdişlərinə nəzər yetirək.

Uğur bir gecəyə gəlmir. Bütün uğurlu insanlar nədənsə başlayıblar. Onların uğurları vərdişlərindən asılı olaraq qabaqcıl insanlar olmaqlarının sirri olur. 

МARK ZUKERBERQ HƏR GÜN EYNİ GEYİM GEYİNİR
Mark Zukerberq, SEO və “Facebook” sosial şəbəkəsinin yaradıcısı həmişə eyni boz rəngli maykalar, poliverlər və eyni cinslər geyinir.  O öz vərdişini vaxtının olmaması ilə izah edir. “Xöşbəxtlik hər gün ayılaraq milyonlarla insana kömək etməkdir” — cavabında bildirir. Mən hiss edirəm ki, mənasız işlər olan geyim seçiminə enerjimi sərf etsəm, işimi lazımınca yerinə yetirə bilmərəm, — Zukerberq bildirib. 

OPRA UİNFRİ ОПРА TƏVƏZÖKARDIR
Amerikan teleaparıcı və mediamaqnat Opra Uinfri düşünür ki, təvazökarlığın faydası şişirdilib. “Əvvəllər mən öz nailliyyətlərim və öz çəkim haqqında danışmaqdan utanırdım. Lakin indi hər şey müxtəlifdir. Bəli mən müvəffəqiyyətliyəm və mən böyükəm. Burada nə var ki?”

İLON MACK TELFONLA DANIŞMIR
Kanada sahibkarı-milliyonçu, Tesla və SpaceX kompaniyalarının Baş direktoru İlon Mask zəng etməkdənsə məktub yazmağa üstünlün verir. «Mənim aparıcı bacarığım — eletron ünvan vasitəsi ilə ünsiyyət qurmaqdır, — Mask müsahibəsində bildirir. Bu mühəndisə cədvələ dəqiqliklə riayət etməyə və vaxtını boş danışıqlara sərf etməməyə kömək edir.

POLEJAEVLƏR AİLƏSİ BAZAR GÜNÜNDƏN PLANLARINI QURUR
“Əgər gələcəyini planlaşdırmırsansa, o heç olmayacaq da. Bizim ailəmizdə hər bazar günü — planlaşdırma günüdür, bu qaydanı hələ anam qoymuşdur”, — Vladimir və Snejanna Polejaevlər bildirdilər. Təəccüblü deyil ki, adət Tamilla Polejaevaya Rusiya qadın-milyonçularının sırasına qoşulmağa kömək etmişdir.

MARTA STYÜART SAĞLAM QİDAYA ÜSTÜNLÜK VERİR
Amerikan sahibkarı, mediamaqnat, teleaparıcı, həmçinin ev təsərrüfatı və kulinariya üzrə bestsellərlərin müəllifi Marta Styüart tez hazırlanan qidaları qəbul etmir və sağlam qidalanmaya üstünlük verir: “Mən sağlamlıq üçün zərərli ola biləcək qidaları almıram”,— Marta bildirir. Əgər sən də belə düşünürsənsə və faydalı reseptlər axtarışındasansa, onda bizim məqaləmizə diqqət yetir. 



STİV KEYS ƏTRAFINA EYDİ DÜŞÜNCƏLİ İNSANLARI YIĞIR
“İnternetin üçüncü dalğası” kitabında AOl şirkətinin yaradıcısı Stiv Keys qədim Afrika atalar sözünü yada salır. O belə səslənir: “Əgər tez getmək istəyirsənsə — tək get, uzağa getmək istəyirsənsə — dostunla get”. “Bu məsləhət nə qədər sadə səslənsə də, düşünürəm ki, bu biznesin idarə olunmasında əsas şərtlərdən biridir”,— Keys bildirir. Bu xüsusi olaraq münasibətlərin tərəfdaşlar arasında olduğunda xüsusi ilə keçərlidir. Hətta bu məsələdə fikirlər üst-üstə düşməsə belə. 

ŞERİL SENDBERQ GECƏLƏR CİHAZLARI SÖNDÜRÜR

Facebookun məsləhətçi direktoru Şeril Sendberq həmişə yatmamışdan öncə telefonunu söndürür. “Gecə telefonu açıq qoymaq — çox çətindir“. Mən yuxudan doymaq istəyirəm, lakin hər dəfə gələn sms və eletron poçtlar məni yuxudan oyadır. Mən eletron ünvanımı yatmamışdan öncə və yuxudan duran kimi yoxlayıram və bu kifayətdir”, — Şeril söylədi.

Mətn: Şəkil: Shutterstock / Oriflame