Özünə etiraf etməyə utanmadığın 5 şey

Öz qeydinə qalmaq və xoşbəxtliyini prioritet saymaq utanc deyil, faydalıdır. Nümunələr əsasında bu haqda ətraflı danışırıq.

1. Mən gözələm. Və mənim xarici görünüşüm şəxsi işimdi. Xarici görünüş, geyim, davranış və bioqrafiyadan digər bir faktı gətirsələr, bil ki, buna inanıb-inanmaq haqda qərarı təkcə sən verirsən. Yalnız sən bədəninin və xarici görünüşünün haqda qərar verməlisən. Və əgər kimsə bununla razı deyilsə, onlara fikir verməyə heç bir əsas yoxdur. Özünü və gözəlliyini sev və unutma ki, sənin kimi insan yoxdur. Sən unikalsan. Bu səbəbdən səni idarə etmək istəyənlərin cəhdlərinə əhəmiyyət vermə.

2. Mən yaşımdan utanmıram. Yaş sadəcə pasportdakı rəqəmdir. O, sənin xoşbəxtliyinə, uğuruna və dünya görüşünə təsir etmir. Nümunə gətirək. Millioner, ixtiraçı və sahibkar İlon Maskın anası Mey 70 yaşı olmasına baxmayaraq model karyerasını davam edir, parlaq rəngdə paltar və dodaq boyasından istifadə edir. Və son 50 il ərzində ilk dəfədir ki, bu qədər çox çəkilişlərə dəvət alır. Sankt-Peterburq sakini Tatyana Neklyudova Rusiyanın ən məşhur yaşlı modelidir və alt geyim brendi üçün çəkilişdə iştirak etmiş yaşı 60-dan çox olan yeganə qadındır. Hal-hazırda Tatyanın 62 yaşı var, onun iki övladı və nəvələri var, həmçinin tez-tez çəkilişlərə dəvət alır. “Kommersant” nəşriyyat evinin keçmiş sahibi jurnalist və mediamenecer Vladimir Yakovlev 52 yaşında “Xoşbəxtliyin yaşı” layihəsini hazırladı, yaşı 50-dən çox aktiv və xoşbəxt həyat yaşayan insanlar haqda 7 kitab yazdı.

3. Mən hamı kimi deyiləm və bu normaldır. Qohumlarının həmişə muzdlu işçilər olmasına baxmayaraq sahibkar olmaq arzusundasan və insanlar üçün biznes yaratmaq istəyirsən? 60+ yaşda hündür dabanlı ayaqqabı, dekolteli geyimlər geyinirsən və rəfiqələrinin nəvələri ilə olduğu zaman model agentliyində işləyirsən? İstədiyin zaman həyatını dəyişməyə hazırsan? Kişi olduğuna baxmayaraq dərinə qulluq və manikür edirsən? Bütün bunlar sənin stereotiplərə fikir verməyən və 100% faiz həyatını yaşayan cəsarətli və güclü insan olduğunu göstərir. Belə davam et!

4. Mən işdən, evdən, ailəmdən vacibəm. Təyyarənin göyə qalxmasından öncə nəyin deyildiyini yadına sal: “Ilk öncə özünüz maskanı taxın, daha sonra uşağınıza geyindirin.” Eyni ilə həyatda - əgər sən xoşbəxtsənsə, deməli səninlə olan insanlar da xoşbəxtdir. Bu çox sadə qaydadır. Sən həyatının tərkib hissələri arasında balans saxlamaq iqtidarındasan.

5. İstədiyimi edə bilərəm. İstirahət günlərimi seriala baxaraq keçirmək, maaşı şoppinqə xərcləmək, uşaqları isə bir neçə günlük dayəyə, həyat yoldaşına və ya nənəyə tapşırmaq. Karyera ilə məşqul olmaq. Tənbəllik etmək  və gününü kitab oxumaqla keçirmək. Bu siyahıya sənə aid olanları əlavə et!  İstədiyini həyatı yaşamasan və hamı üçün yaxşı olmağa çalışsan, həyat sənə çətin gələcək!

100% bizimlə razısan? İnsanlara nümunə olmaq istərdin? O zaman, #hecdeutanmiram fleşmobunda iştirak et! Oriflame-in instagram hesabına abunə ol, yalnız özün üçün etdiyin bir şey haqda yaz, #məndəutanmıram haştaqını qeyd et və hesab aç. Biz ən yaxşı əhvalatları paylaşacayıq!


Mətn: Şəkil: Orifame