Ən yaxşı hədiyyələr: bloqçuların seçimi

8 mart ən isti və parlaq bayramlardan biridir. Qış nəhayət sona çatdı və hər kəs öz sevimli dostları və yaxınları üçün xoş bri şey etmək imkanına sevinir. Ümumi bayram əhval-ruhiyyəsinə qoşularkən tanınmış blogerlərdən Oriflame-in hansı məhsullarını 8 martda almaq istədiklərini və onlardan rəfiqələrinə, analarına və nənələrinə nəyi hədiyyə verməyə hazırlaşdıqlarını soruşduq. Qızlar öz wish vərəqlərini tərtib etdilər, hansılar ki, sənə yaxınlarına və, əlbəttə, özünə hədiyyələr üçün ideyalar verəcək. Saytımıza daxil ol, hədiyyələr seç və arzular kolajını tərtib et.

Angelina İsayevanın @angieisaeva seçimi: Burada və indi özünə sevinc bəxş et

Mən kosmetika və gözəllik və gənclik mövzusu ilə bağlı hər şeyi sevirəm.

Mən öz bloqumda məhz bunu yayımlayıram: beauty dünyasının yeni məhsullarını nümayiş etdirirəm və qulluq və dekorativ kosmetikada favoritlərdən danışıram, səmimi qəlbdən inanıram ki, özünə məhəbbət güzgüdə xoşbəxt əks olunma ilə başlayır!

Sevimli 8 mart bayramımız gəlir. Hamımız yaxşı və fərqli hədiyyələr gözləyirik. Etiraf edirəm ki, gözləntilərimdən məyus olmamaq üçün tez-tez özüm özümə hədiyyə edirəm. Bu gün 8 martda özümə nəyi hədiyyə edəcəyimi söyləyəcəyəm. Mənim wish vərəqlərimdə əsas yeri mənim sevimli Oriflame brendimin beauty məhsulları tutur. İndi, bayramdan əvvəl, Oriflame uzun müddətdir ki, bəyəndiyim məhsullara çox sərfəli qiymətlər təklif edir.

Üz üçün Oriflame maskaları siyahıda birincidirlər!

Mənim favoritim – Optimals dərinin dərin nəmləndirilməsi üçün PARÇA MASKA O, dərini dərhal bərpa edir, ona rahatlıq hissi və qidalanma bəxş edir. Bu maskadan dərini tez qaydaya salmaq lazım olanda, lakin uzunçəkən spa-prosedurlar üçün vaxt olmayanda istifadə etməyi xoşlayıram. Cəmi bir neçə dəqiqə ərzində öz işlərinlə məşğul olarkən, Oriflame-dən Optimals parça maskası dəriyə tez bir zamanda tam vitaminlər kompleksini çatdırır və onu içəridən enerji ilə doldurur! Bütün yaşda olan qadınlar üçün gözəl hədiyyə. Axı kim tez bir zamanda cavanlaşmaq istəməz?

Bərabər ton və parlaqlıq vermək üçün mən GİORDANİ GOLD TONAL ƏSAS-KUŞONDAN istifadə edirəm. Məhsul zərif mat örtük təmin edir və istifadə üçün çox rahatdır. Onu həmişə özünlə götürmək və gün ərzində tonu düzəltmək olar.

İfadəli baxış üçün mükəmməl tona TUŞ əlavə etməklə bayram üçün qüsursuz makiyaj alınır! Tuş və kuşonla dekorativ kosmetika həvəskarını sevindirmək olar. Sizin rəfiqələriniz arasında belələri, yəqin ki, var.

Sevimli məhsullarımın siyahısına möhtəşəm AMBER ELİXİR MYSTERY PARFÜM SUYUNU əlavə etməyə bilmərəm. Nadir qırmızı zanbağın ləçəklərinin dərin, zəngin ətri həssas ənbərin zəngin notları ilə isidir. Həm özün üçün, həm hədiyyə üçün mükəmməldir! Yeri gəlmişkən, məhz Oriflame-in Amber Elixir Mystery-ni anam üçün 8 Marta seçmişəm! Orta dərəcədə şərq, orta dərəcədə çiçəkli olaraq, o, onun ətir kolleksiyasının gözəl bəzəyi olacaq.

Ümid edirəm ki, mənim wish list-im dostlarını və yaxınlarını sevindirməyə kömək edəcək. Səni 8 Mart münasibətilə təbrik edirəm! Sev, çiçəklən və ilin hər günü xoşbəxt ol! Arzula və qoy bütün arzuların Oriflame ilə birlikdə gerçəkləşsin!

Daria Abramovskayanın @abramovskayada seçimi: Ən yaxşı rəfiqələr üçün ən yaxşı hədiyyələr

Öz profilimdə mən mütəmadi olaraq gözəl vasitələrlə bölüşürəm. Əminəm ki, siz bir neçə dəfə mənim kosmetik çantamda Oriflame vasitələrini görmüsüz. Qarşıdan gələn bayram münasibətilə mən brendin 7 vasitələri, əsl masthevlərindən ibarət wish list tərtib etmişəm.

Mən özümə, xüsusilə də üz dərisinin keyfiyyətinə böyük diqqət yetirirəm, buna görə mənim ilk və əsas favoritim yenilənə NovAge Proceuticalsbioselülozlu ÜZ MASKASIDIR. Maskada yaxşı örtüyü, qoruyucu qatı var. Niatsinamid və sentella ekstraktı sayəsində o, iltihabları azaldır, qızartını aradan qaldırır və dərinin ümumi tonunu bərabərləşdirir və ən əsası, özündən sonra yapışqanlıq hissi qoymur. O, mükəmməl dəri tonuna can atan rəfiqələriniz üçün gözəl hədiyyə olacaq.  

TENDER CARE YUMŞALDICI VASİTƏ - qulluq rəfindəki məhz həmin universal əsgər. Onu dirsəklərdə və kutikulada istifadə edirəm. Kiçik istehlak və çox xoş qaragilə ətri. Əgər siz hələ də 8 Mart hədiyyəsi ilə bağlı qərar verməmisinizsə, məhz bu gözəl flakonların üzərində dayanmağı məsləhət görürəm! Oriflame saytında sizin bütün yaşlarda olan yaxınlarınız şad olacaq 3 Tender Care-dən ibarət dəst təqdim edilib.

Xoş nanə ətirli Pink çalarlı MULTİAKTİV BALZAM SPF 15 THE ONE Teksturaya görə bir az yağlı, lakin çox yağlı deyil, yapışqan deyil. Çanta üçün rahat format. Dodaqlara təbii təravət verir. Yenə də universal hədiyyə, xüsusilə soyuq vaxtlarda.

Parlaqlıq effekti ilə LIGHT IVORY çalarlı Giordani Gold tonal əsas-kuşon. Tonal vasitələrin belə formatı, yəqin ki, ən rahatlardan biridir: süngərli kompakt qablaşdırma onu fırçasız tez və bərabər şəkildə çəkməyə imkan verir. Maska effekti olmadan orta örtük sıxlığına malikdir. Lazım olduqda bir neçə qat çəkmək olar. Mənim təbii-parlaq finişdən xoşum gəlir, dəri çox baxımlı görünür. Quru, normal və hətta kombinə olunmuş dəri üçün uyğun olacaq! İstədikdə T-zonanı kirşanlamaq olar. Rəfiqə üçün mükəmməl hədiyyə.

THE ONE KOMPAKT ƏNLİK mütləq bu yaz kosmetik çantanızda olmalıdır! Əla piqment və davamlılıq, ləkə buraxmadan çəkilir. Mənim sevimli çalarım universal pionludur. Təravətli görünmək istəyən hamıya hədiyyə üçün uyğundur.

Ucunda daralan silikon fırça ilə THE ONE HYPNOTİC DEPTH TUŞU. Aplikatorun belə forması gözlərin və aşağı göz qapaqlarının boyanması üçün mükəmməldir. Fırçaların iki növü sayəsində tuş yığılmır, kirpiklər isə həcmli və ayrılmış olur.

ICONIC RADIANCE LIPSTICK DODAQ BOYASI-BALZAM - Oriflame-in yaz yeniliyi. O, dodaqlara gözəl güzgü parıltılı finiş verir, rahat formaya və stik ölçüsünə malikdir. Parlaq çalarlar özündən sonra tint saxlayır. Ayrıca qeyd etmək lazımdır ki, o, lüks məhsulların ən yaxşı ənənələri ilə hazırlanıb. Hətta bossa hədiyyə etmək olar. Fotoşəkildə BERRIES DELIGHT çaları çəkilib, amma yaz/yay üçün Сoral Glow çalara diqqət yetirin.

Mənim wish siyahımdan ilhamlan və 8 martda özünə və sevdiklərinə əla hədiyyələr seç!

Arzulamağı dayandırma, çünki arzular gerçəkləşir! Biz isə sənə bu işdə kömək edəcəyik! Bizim SƏHİFƏYƏ keçid al, Oriflame-in sevimli məhsulları ilə öz arzu kolajını yarat, onu Instagram-da paylaş və əla hədiyyələr qazan! Oriflame ilə arzuların haqqında hamıya danış.