SADƏCƏ RƏQƏM
19 yaş, model
"Mənim peşəmin ətrafında yaşla əlaqədar bir çox stereotiplər mövcuddur. Məsələn, model karyerasına 13 yaşda başlamaq lazımdır, əgər 25 yaşa kimi top-model olmadınsa, təəssüf ki, ulduzun sönməyə doğru gedir.
İnsanlar məni, adətən, bu təsvirlərin prizmasından qəbul edirlər. Məsələn, hesab olunur ki, mən gec başlamışam – 16,5 yaşda. Həmçinin, mənim indiki yaşım barəsində də çoxu yanılır – çünki, şəkildə mən tamamilə fərqli görünə bilərəm.
Digər stereotipə görə isə 20 yaşda təhsil almaq, universitetdə oxumaq, gələcəyini qurmaq lazımdır. Adətən, bu cür təzyiq valideynlər tərəfindən olur. Lakin mənə elə gəlir ki, universitetə 30 yaşda da getmək olar, hətta paralel olaraq işləmək də olar. İndi isə mən səyahət etmək istəyirəm, mənim peşəm də buna imkan verir, ona görə də mən bu istəyimi həyata keçirmək istəyirəm, sonra nə olacaq bəs – ona sonra baxarıq. Ümid edirəm, yalnız ən gözəl şeylər olacaq!".
İRİNA QORBAÇOVA
30 yaş, aktrisa, bloqer
"Yaş stereotipləri, şübhəsiz ki, mövcuddur. Teatrda hər şey olduqca sadədir: müxtəlif qəhrəmanları oynamaq üçün bir sıra vasitə var. Qəhrəmanının neçə yaşı olduğunu anlasani, yaxşı olar ki, qrim edəsən. Və plastika – daha gəncsənsə, sən daha ekspressivsən, daha yöndəmsizsən, yaşlaşanda isə daha az hərəkətlisən. Bu qəhrəmanın yaşını göstərməyə kömək edən əsas fəndlərdir. Həyatım boyu mən bunlarla qarşılaşıram: "Ah, İra, sən artıq 17 yaşında deyilsən... 21-də, 22-də, 23-də...", yəni ki, hər yaş üçün şablonlar var. Hə, nə olsun ki! Mən şəxsən özümü 17-18 yaşdakı kimi hiss edirəm. Əslində mən bu cür suallara necə cavab verəcəyimi bilmirəm, çünki, "yaş" nə deməkdir, anlamıram. Hesab edirəm ki, yaş yoxdur – bax, belə insanam mən. Bəli, pasportda var, amma faktiki yoxdur.
Mən bir işi hansısa mərhələyə qədər həyata keçirməyə çalışmıram, sadəcə həyatımı yaşayıram. Gərçi çoxdandır ki, həqiqətən də alışıb-yandığım arzum var: dünya səyahəti, həm də, mümkünsə, avtomobillə. Hiss etdim ki, bu gözəl yer kürəsini bir dəfə də görmədən vaxtı çatanda sadəcə bu dünyadan köçüb getmək – məncə, bu qəribə olar. Ona görə də çalışacağam ki, bu arzumu yerinə yetirim".
SEVIL ALIYEVA
43 yaş, Orifleymin aparıcı tərəfdaşı
"Qarşılaşdığım ilk stereotip bu oldu: “35 yaş sıfırdan başlamaq üçün çox gecdir”. Bu Orifleym ilə ilk çalışmağa başladığım dövrdə oldu. Amma zaman və özümün məqsədyönlülüyüm sayəsində sübüt etdim ki, mən bu stereotipdən güclüyəm.
Fərqli yaşlarda müxtəlif stereotiplərlə qarşılaşmışam. Amma mən düşünürəm ki, istənilən yaşda istənilən şeyə nail olmaq olar. Bunun yaşla əlaqəsi yoxdur. Hər yaşın öz gözəlliyi var. Sən 40 yaşında da gözəl geyinə bilərsən, 25 yaşında da; 40 yaşında da maşın sürməyi öyrənə bilərsən, 25 yaşında da.
Deyilənə görə 40 yaş – “müəyyənlin yaşıdır”. İnanıram ki, istənilən yaşda arzunu həyata keçirə bilərsən. Mən Orifleym ilə arzumu həyata keçirmişəm. Böyük arzum var idi, istəyirdim evim olsun. Orifleym sayəsində buna nail oldum. Növbəti arzum isə maşın almaqdır. Artıq sürücülük vəsiqəsini almışam. Məncə gözəl olmaq və xəyallar qurmaq insanın özünütəsdiqidir və bunun yaşa heç bir aidiyyatı yoxdur."
TATYANA NEKLÜDOVA
61 yaş, model
"Mən özümü həmişə belə təqdim edirəm: Tatyana Neklüdova, 61 yaş, iki uşaq anası, üç nəvəsi olan nənə və eyni zamanda model. Model olmağa qərar verəndə 59 yaşım var idi. Ona qədər şəkil çəkdirməyi xoşlamırdım və özümü gözəl hesab etmirdim. Çəkiliş və fotosessiyalardan sonra özümə olan münasibətim yaxşıya tərəf dəyişməyə başladı, mən daha sərbəst oldum. Şadam ki, yeni inkişaf vektoru tapa bildim.
Alt geyimi çəkilişlərindən sonra bəzi istifadəçilər rəy bildirmişdilər: "Bu nənə neynəyir, o biri dünyasını fikirləşən vaxtıdır, bu hələ alt paltarı reklam edir". Amma tək-tək insanlar belə düşünürdü. Rusiyada bu ilk dəfə idi ki, mənim yaşımda qadın alt geyimi reklamında çəkilirdi. Biz kiçik inqilab etməyə nail olduq. Sonrakı ağlımla düşünəndə deyirəm: "Aman Tanrım, bu nə macəra idi!". Amma, ümumi götürəndə, sevinirəm ki, belə bir təcrübə yaşamışam.
Hələ bir dəfə mənim retuşsuz portretim İnstaqramda 3000 layk toplamışdı! Aqentlikdən kolleqalarımla birgə şəklimiz isə Amerikanın dəb jurnalında dərc edilmişdir. Onlar yazmışdılar ki, öz nümunəmizlə biz Rusiyada gözəllik və yaşa olan münasibəti dəyişirik. Dəqiq deyə bilərəm ki, özümü 60 yaşlı kimi hiss etmirəm. Mən gəncəm, gümraham, yoqa, skandinaviya yerişi ilə məşğul oluram, nəvələrimlə çoxlu gəzirəm, velosiped sürürəm, sağlam həyat tərzi yaşayıram. Xarici görünüşümü bəyənirəm, öz bədənimi sevirəm. Onu da deyim ki, indi mən özümü gəncliyimdəkindən daha çox bəyənirəm. Düşünmürəm ki, gözəllik yaşla azalır, o, sadəcə, başqa cür olur".