Mükəmməllik axtarışında. Orifleymin keyfiyyət standartları

Oriflame şirkətinin qəbul etdiyi keyfiyyət standartları – sənayedə ən yüksək keyfiyyətlərdən sayılır. Biz keyfiyyət direktoru Katalin Qelendassidən şirkətin hansı səbəblərdən yüksək səviyyəsini saxlamaq haqqında soruşduq.

1. NƏYƏ GÖRƏ KEYFİYYƏT – BU QƏDƏR VACİBDİR?
Bir tərəfdən bu olduqca sadə görünə bilər, lakin bizim biznes-modelimizin tövsiyələr sistemi altında inkişaf etdiyini düşünsək görərik ki, məhsul portfoliosu olduqca yüksəkdir. Keyfiyyət bizim üçün olduqca vacib elementdir. Çünki, Məsləhətçilərimizin adı məhsullarımızın keyfiyyətindən asılıdır.
 
2. ORIFLEYMİN KEYFİYYƏT STANDARTI NƏDƏN ASILIDIR?
Sizin məqsədiniz var: keyfiyyətlə bağlı hər bir şeydə müştərilərimizin ehtimal və arzularını yerinə yetirməkdir. Və biz gözəllik sənayesində bizim məhsullarımız ən yüksək keyfiyyət standartlarına malikdirlər.

3. BU CÜR YÜKSƏK KEYFİYYƏTƏ NAİL OLMAĞA NƏ KÖMƏK EDİR?
Bu Orifleymdə çalışanların sayəsində mümkün olub. Bizim yeni məhsullar ixtirasında çalışan mütəxəssislərimiz məhsulun yaranması texnikasına ilk iş proseslərindən başlayaraq nümunələrin yaranmasına qədər hər bir detala xüsusi diqqətlə yanaşıllar.
Bizim məqsədimiz – sənayedə  keyfiyyətə ən yüksək səviyyədə riayət etməkdir.
Biz ən yaxşı nəticələrimiz əsasında özümüzə aid olan standartlar və daha ciddi standartlar yaradırıq. Bununla da biz öz müştərilərimizin yüksək keyfiyyətli məhsul əldə etməyi üçün çalışırıq. 

 
4. KEYFİYYƏT ÜZRƏ MÜTƏXƏSSİSLƏRİN İŞLƏRİ NƏDƏN İBARƏTDİR
Biz işimizin bütün funksiyalarında keyfiyyət mədəniyyəti yaradırıq. İki sözlə desək biz iş keyfiyyətimizin hər bir sahədə yüksəltməyə çalışırıq. Bu vəzifəsindən asılı olmayaraq Orifleymdə çalışan istənilən əməkdaşa aiddir. Bizim işimizdə hər bir məsələ bir-biri ilə sıx əlaqədardır və ona görə yüksək nəticə əldə etmək üçün çalışırıq.
 
5. BU PRİNSİPLƏR BİZİM PODRATÇILARIMIZA AİD EDİLİRMİ
Biz podratçılarımıza yüksək tələblər irəli sürürük və onların işlərinin qiymətləndirilməsini tələbatlarımıza uyğun olaraq hesablayırıq. Biz onların iş aspektlərinin hər bir mərhələsini yoxlayırıq, işçi suallarından tutmuş məhsulun hazırlanmasına qədər. 
 
Hər hansısa tədarükçünü təstiq etdikdən sonra biz əlavə testlər keçiririk. Keyfiyyət anlayışı ölkədən ölkəyə dəyişə bilər. Bizim keçdiyimiz tədarükçü bütün bazarların tələblərinə cavab verməyi bacarmalıdır. Çünki biz qlobal kompaniya olaraq yüksək standartlara cavab veririk.

Bununla yanaşı, hər yarım il ərzində biz onlarla yenidən görüşərək onları testlərdən keçirir və cavabları analiz edərək gələcək işləri planlaşdırırıq.

Mətn: